Dalga Televiziyasi Mədəniyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün330
DünənDünən1775
Bu həftəBu həftə5800
Bu ayBu ay54496
Bu günə qədərBu günə qədər7481830

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Pantomima Teatrı Gürcüstanda keçiriləcək festivalda iştirak edəcək

Azərbaycan Dövlət Pantomima Teatrı Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçiriləcək Beynəlxalq Pantomima Teatr Festivalında iştirak edəcək.


Bu barədə "Report"a teatrın direktoru Elman Rəfiyev məlumat verib.
Onun sözlərinə görə, Beynəlxalq Pantomima Teatr Festivalı mayın 20-dən 26-dək keçiriləcək.
Pantomima Teatrı festivalda Bəxtiyar Xanızadə və Bəhruz Əhmədlinin "Son Ştrix" tamaşasını nümayiş etdirəcək.
Tamaşada əməkdar artist Elman Rəfiyev, aktyorlar Bəhruz Əhmədli, Ceyhun Dadaşov, Elnur İsmayılov, Nurlan Rüstəmov, Rafiz Mehdizadə çıxış edəcəklər.
Qeyd edək ki, Gürcüstanda keçiriləcək festivalda Azərbaycan teatrı ilə yanaşı, Polşa, Yaponiya və Gürcüstan Dövlət Pantomima Teatrının tamaşaları təqdim ediləcək.

Tiflisdə "Dostluq" sərgisinin açılışı olub

Martın 7-də Gürcüstan Parlamentinin Milli Kitabxanasının sərgi zalında Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi və Pirosmani adına Beynəlxalq Yaradıcılıq Assosiasiyasının birgə təşkilatçılığı ilə gürcü və Azərbaycan xalqının dostluğuna həsr olunmuş gürcü "Dostluq" adlı sərginin açılışı olub.

"Dalğa TV"nin məlumatına görə, sərgidə 36 rəssamın yağlı boya ilə çəkdiyi rəsm və əl işlərindən ibarət əsərləri, xalçaçılıq, heykəltaraşlıq nümunələri, gümüş və misdən döymə ilə hazırlanan müxtəlif rəsmlər, Pirosmaninin kitabları nümayiş olunub. Tədbirdə 10 azərbaycanlı və 26 gürcü rəssamın əsərlərinə baxış keçirilib.

Tədbiri Gürcüstan Parlamentinin Milli Kitabxanasının direktor müavini Mirian Xoşitaşvili açıb. Sərgidə Tflisdə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyeva, Pirosmani adına Beynəlxalq Yaradıcılıq Assosiasiyasının təsisçisi Cemal Qoqişvili, Beynəlxalq Yoldaşlıq Assosiasiyasının idarə heyətinin sədri Tamar Asanişvili, Pirosmani adına Beynəlxalq Yaradıcılıq Assosiasiyasının vitse-prezidenti, rəssam Alı İsayev və başqaları çıxış edərək sərgi haqqında ürək sözlərini bildiriblər.

Sərgidə azərbaycanlı rəssamlardan Rizvan İsmayılov, Alı İsayev, Sevda Əbilova, Günel Rzayeva, Levan Mosiaşvili, Andria Natsvlişvili və başqalarının rəsm əsərləri nümayiş olunub. Rəssamlardan din adamları Hacı Rizvan İsmayılovun və Andria ATA-nın (Natsvlişvili), gənc rəssam Günel Rzayevanın əsərləri sərgi iştirakçılarının diqqətini daha çox cəlb edib.

Tədbirin sonunda Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyeva, Pirosmani adına Beynəlxalq Yaradıcılıq Assosiasiyasının təsisçisi Cemal Qoqişvili sərgiyə qatılan 17 rəssamı diplomlarla təltif ediblər.

Tədbirdə Azərbaycan musiqisi səsləndirilib. Sərgidə Gürcüstan hökumətinin rəsmiləri, parlament nümayəndələri, Azərbaycan səfirliyinin əməkdaşları, Gürcüstan Rəssamlıq İttifaqının üzvləri, görkəmli incəsənət xadimləri, jurnalistlər və Tiflis sakinləri iştirak ediblər.

Sərgi martın 22-dək davam edəcək.

Gürcüstan Rəssamlar İttifaqının sədri Tsisana Mçedlidze APA-ya açıqlamasında deyib: "Biz bu günlərdə hazırda fəaliyyət göstərən 700 rəssamın əsərlərindən ibarət antologiya nəşr etmişik. Bu kitabda yerli azərbaycanlı rəssamlardan da söhbət açılıb. Biz Gürcüstan rəssamlığının 80 illik yubileyinə həsr olunan daha bir maraqlı kitab da nəşr etmişik. Bu kitaba 80 il ərzində rəssamlıq sənəti ilə məşğul olan görkəmli sənətkarların əsərləri daxil edilib”.

Leonardo Di Kaprio “Oskar” aldı

İlin ən yaxşı filmi "Diqqət mərkəzində" oldu.

Hollivudda "Oskar" Kinematoqrafiya sənəti və elmi Akademiyasının mükafatının təqdimetmə mərasimi başa çatıb.

"Dalğa TV"nin xəbər verir ki, aktyor Leonardo Di Kaprio "Sağ qalan" filmində "Ən yaxşı kişi rolu" nominasiyasında "Oskar"a layiq görülüb.

Kinoakademiklər "Sağ qalan" filminin rejissoru Alexandro Qonsales İnyarritini də mükafatlandırıblar. O, "Ən yaxşı rejissor" nominasiyasına görə mükafatlandırılıb.

"Ən yaxşı qadın rolu" nominasiyasında mükafat Bri Larsona "Otaq" filmindəki roluna görə verilib.

"Ən yaxşı saundrek" nominasiyasında italiyalı bəstəkar Ennio Morrikone, Kventin Tarantinonun "İyrənc səkkizlik" filmindəki işinə görə "Oskar"a layiq görülüb.

"Xarici dildə ən yaxşı film" nominasiyasında mükafatı macar rejissoru Laslo Nemeşin "Saulun oğlu" filmi layiq görülüb.
Rejissor Corc Millerin "Dəlisov Maks: Qəzəb yolu" filmi altı "Oskar" alıb.

Film on nominasiyada təqdim edilmişdi.

Film "Ən yaxşı quruluşçu-rejissor işi" (Kolin Gibson və Liza Tompson), "Ən yaxşı kostyumlar" (Cenni Biven), "Ən yaxşı montaj" (Marqaret Siksel), "Ən yaxşı qrim və saç düzümləri" (Lesli Vanderlout, Elka Vardeqa, Demian Martin), "Ən yaxşı səs", "Ən yaxçşı montaj səsi" nominasiyalarında mükafata layiq görülüb.

Tom Makkartinin "Diqqət mərkəzində" filmi ilin ən yaxşı filmi nominasiyasında "Oskar"a layiq görülüb.

İlhamə Quliyeva vəfat etdi

O, xəstəliklərdən əziyyət çəkirdi.

Azərbaycanın xalq artisti İlhamə Quliyeva bu saatlarda vəfat edib.

"Dalğa TV" bu barədə Sputnik-ə istinadən xəbər verir.

Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım Stansiyasından Sputnik-ə bildiriblər ki, onlara bu barədə çağırış 2 saat əvvəl daxil olub və onun vəfatı təsdiqlənib. Yaxın dəqiqələrdə xalq artistinin ölümünün səbəbləri açıqlanacaq.

Sputnik- əməkdaşının hadisə yerindən verdiyi məlumata görə, xalq artistinin yaxınları onun İ.Qutqaşınlı küçəsindəki evinə axışmağa başlayıb.
Qeyd edək ki, İ.Quliyeva son vaxtlar müxtəlif xəstəliklərdən əziyyət çəkirdi. Ən son olaraq adı köməkçisinə qarşı qeyri-qanuni hərəkətlərə yol verməkdə və məhkəmə qalmaqallarında hallanırdı. O, özü isə səhhətində yaranmış problemlərə görə keçmiş köməkçisi Mehriban Hüseynovanı günahlandırırdı.
İlhamı Quliyeva 17 avqust 1943-cü ildə Bakı şəhərində anadan olub.

1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1980-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin ("Azkonsert") solisti olub. Repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. Bir sıra xarici ölkələrdə (İngiltərə, İspaniya, Danimarka, Türkiyə, Almaniya və s.) qastrolda olub.

Müğənni Tükəzban İsmayılovanın qızıdır.

Bir oğul övladı var.

BBC “Əli və Nino” filmi haqqında reportaj hazırladı

"Əli və Nino" filminin rejissoru, "BAFTA" mükafatı sahibi Asif Kapadia BBC telekanalına bu filmin çəkilişləri barədə məlumat verib.

BBC həmçinin filmdən hissələr və onun yaradılması prosesini təqdim edib.

"Əli və Nino" filminin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri Kris Tikyer, ssenari müəllifi isə "Academy Award" mükafatı laureatı Kristofer Hemptondur.

- daha əvvəllər haqqında heç nə bilmədiyi regionda baş verdiyini bildirib: "Lakin hazırda bu regionun dünyada baş verən indiki hadisələr fonunda vacib region olduğu məlum olur. Burada Şərq Qərblə, Avropa Asiya ilə, müsəlmanlıq xristianlıqla görüşür. Bura çox gözəl yerdir".

Qeyd edək ki, rejissor A. Kapadianın 2015-ci ildə çəkdiyi digər ekran əsəri - "Emi" ("Amy") "Ən yaxşı tammetrajlı sənədli film" nominasiyasında "Oskar"a namizəddir.

"Əli və Nino" filminin nümayişi ABŞ-ın "Sundance" beynəlxalq film festivalı çərçivəsində "Premyera" kateqoriyasında keçirilib.

104 dəqiqəlik ekran əsərində baş rollarda Adam Bakri (Əli) və Mariya Valverde (Nino) çəkilib. Filmdə, həmçinin Halit Ergenç, Mendi Petinkin, Konni Nilson, Rikkardo Samariko, Humayon Erşardi, Fəxrəddin Manafov, Əsad Bub, Numan Akar və digər məşhur aktyorlar iştirak ediblər.

Şekspir Dünya Teatrı "Hamlet" tamaşasını Fransanın şimalındakı miqrant düşərgəsində göstərib.

"Hamlet"ə baxmağa 4 min qaçqından 150-si gəlib

"Kale cəngəlliyi" kimi tanınan o düşərgədə 4 mindən çox şərqli qaçqın yaşayır. Amma tamaşaya baxmağa 150 nəfər gəlb.

Bu 3 saatlıq faciə Şekspirin 450 illiyi münasibətilə dünyada tamaşalar göstərən bu teatrın ən diqqətçəkən işi idi. Tamaşanın necə keçəcəyini çoxları maraqla gözləyirdi.

Hazırlıq prosesi uzun çəkmişdi. Qaçqınlarda maraq yaratmaq üçün səhnəni qurmağa elə onların arasından könüllülər cəlb edilmişdi.

Tamaşadan əvvəl haqqında mətnlər ingilis, fransız, ərəb, fars, dari və başqa dillərdə qaçqınlara paylanmışdı.

Nəhayət, şərqli qaçqınların və qərbli aktyorların bir səhnə ətrafında görüntüləri yayılıb.

 

Roma Papası macəra filmində çəkilir

Roma Papası Fransisk "Günəşin digər tərəfi" ailəvi macəra filmində özünü canlandıracaq.


"Dalğa TV" "Variety"yə istinadən xəbər verir ki, katolik kilsəsinin başçısı ilk dəfə bədii filmin çəkilişlərində iştirak edəcək. Filmin çəkilişlərinə 2016-cı ilin ilk yarısında İtaliyada başlanacaq.
Film layihəsindən əldə olunan gəlirin xeyriyyə məqsədilə istifadə olunacağı planlaşdırılır.

Tiflisdə gürcü və Azərbaycan qadın arxitektor və rəssamlarının rəsm əsərlərinin satış sərgisi keçirilib

Yanvarın 14-də Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin, Gürcüstan Arxitektorlar Assosiasiyasının təşkilatçılığı ilə muzeyin nəzdində fəaliyyət göstərən incəsənət qalereyasında gürcü və Azərbaycan qadın arxitektor və rəssamlarının rəsm əsərlərinin satış sərgisi keçirilib.

"Dalğa TV"nin APA-ya istinadən veridyi məlumatına görə, tədbirdə 30-dan çox rəsm əsəri sərgilənib.

Satış sərgisində Azərbaycan və gürcü arxitektor, dizayn və rəssamlarından Nino Laqidze, Qaqaş Məmmədov, Məryəm Məmmədova, Qumru Mirzəliyeva, Mehriban Muradova-İsmayılova, Lalə Ağayeva, Mətanət Eldarzadə, Dali Nazarişvili, Ana Laqidze və başqalarının rəsm, dizayn və arxitektura əsərləri nümayiş etdirilib.

Tədbirə baxışda Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, Azərbaycan şirkətlərinin nümayəndələri, Gürcüstanın incəsənət adamları, yazıçı və şairlər, ali məktəb tələbələri, QHT rəhbərləri və azərbaycanlı və gürcü ziyalıları iştirak ediblər.

Gürcüstan Arxitektorlar Assosiasiyasının sədri Nino Laqidze APA-ya açıqlamasında Azərbaycanın qadın arxitektorlar və rəssamlarının satış sərgisinin ilk dəfə olaraq keçirildiyini bildirib: "Bizim Azərbaycanın qadın arxitektorlar və rəssamları ilə sıx əlaqələrimiz mövcuddur. Biz birlikdə kitab nəşr edir, müxtəlif tədbirlər və layihələr həyata keçiririk. Bu gün təşkil etdiyimiz Azərbaycan və gürcü qadın arxitektor, dizayn və rəssamların yaradıcılıq məhsulları ilk dəfədir ki, Tiflisdə sərgilənir. Burada 6 Azərbaycan və 7 gürcü arxitektorunun əsərləri nümayiş olunur. Bu tədbirdən sonra biz belə bir sərgini Bakıda təşkil etməyi düşünürük", deyə Nino Laqidze qeyd edib.

Zəlimxan Yaqubun dəfn mərasimi

Vəfat etmiş xalq şairi Zəlimxan Yaqubla vida mərasimi keçirilib.

Bakı şəhərinin Təzə Pir məscidində keçirilən vida mərasimində mərhumun yaxınları, dövlət rəsmiləri, Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri iştirak edib. Vida mərasimindən sonra mərhum Birinci Fəxri Xiyabanda dəfn olunub. Qeyd edək ki, Z.Yaqub yanvarın 9-da dünyasını dəyişib. Mərhum uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib. Mərasimdə Azərbaycan prezidenti də iştirak edib.

 

yaqub Zəlimxan Yaqub dünyasını dəyişdi

Azərbaycanın xalq şairi, ictimai xadim, Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub vəfat edib.

Bir neçə ildir böyrək çatışmazlığından əziyyət çəkən şair bu gün dünyasını dəyişib. Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub. 1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsini bitirib. 1973-cü ildən 1978-ci ilə qədər "Azərkitab" sistemində, "Kitab pasajı" adlı kitab dükanında satıcı, baş satıcı, şöbə müdiri, 1975-ci ildən 1985-ci ilə qədər Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-ci ildən 1994-cü ilə qədər "Yazıçı" nəşriyyatında poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb. 1995-2005-ci illərdə Milli Məclisin deputatı olub. 2005-ci ildə "Azərbaycanın xalq şairi" fəxri adına layiq görülüb. 2008-ci il avqustun 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib.

Əfsanəvi rok ifaçısı vəfat etdi

Xəstəliyinin diaqnozunu ölümündən iki gün əvvəl öyrənib.

Məşhur rok qrupu "Motörhead"in yaradıcısı, bas-gitaraçı, solist və bəstəkar Lemmy Kilmister ötən gün vəfat edib.

"Dalğa TV" xarici KİV-ə istinadla xəbər verir ki, 70 yaşlı dünya ulduzuna 2 gün əvvəl xərçəng diaqnozu qoyulub.

Qrupun meneceri Andrew Goodfriend-in sözlərinə görə, əfsənəvi rok ifaçısı xəstəliyini 26 dekabrda öyrənib.

Qeyd edək ki, L.Kilmister 1970-ci illərdə "Hawkwind" qrupuyla başladığı musiqi həyatına 1975-ci ildə qurduğu məşhur "Motörhead" qrupuyla davam edərək "Ace of Spades" kimi əfsanəvi əsərlərə imza atıb.

Məşhur bığıyla qeyri-adi bir tərzi olan və rok musiqinin inkişafına böyük töhfə verən Kilmister "Motorhead" qrupu adı ilə 24 albom çıxarıb.

2010-cu ildə onun haqqında "Lemmy the Movie" filmi ekranlaşdırılıb.

Xatırladaq ki, "Motörhead" qrupu 2005-ci ildə "Ən yaxşı metal performans" üzrə "Grammy" mükafatına layiq görülüb.

Zəlimxan Yaqub təcili xəstəxanaya yerləşdirildi

Ailəsi xəbəri təsdiqlədi.

Xalq şairi Zəlimxan Yaqub xəstəxanaya yerləşdirilib.

"Dalğa TV"nin publika.az-a istinadla məlumatına görə, xalq şairinin səhhətində problem yarandığından o, bu gün səhər xəstəxanaya aparılıb.

Ailəsi xəbəri təsdiqləsə də, şairin hansı xəstəxanaya aparıldığını açıqlamayıb.

Qeyd edək ki, Almaniyadan qayıdandan sonra səhhəti pisləşdiyi üçün şair həkimlərin qərarı ilə ev şəraitində dializ olunur.

Saytda Axtarış

ახალი ამბები