Dalga Televiziyasi “SOCAR Georgia Gas”: Gürcüstan hökuməti qarşısında götürülən öhdəliklər yerinə yetirilib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün914
DünənDünən1983
Bu həftəBu həftə7859
Bu ayBu ay45597
Bu günə qədərBu günə qədər7472931

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


“SOCAR Georgia Gas”: Gürcüstan hökuməti qarşısında götürülən öhdəliklər yerinə yetirilib

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

"SOCAR Gürcüstan hökuməti qarşısında götürdüyü bütün öhdəlikləri artıqlaması ilə yerinə yetirib".

Bunu APA-nın Gürcüstan bürosuna açıqlamasında “SOCAR Georgia Gas” şirkətinin direktoru Azər Məmmədov deyib.

O bildirib ki, şirkət Gürcüstan hökuməti ilə 2008-ci ildə imzalanmış müqavilənin icrası ilə bağlı 10 illik hesabat hazırlayıb: "Hesabat üzərində tamamlama işləri aparılır. Bu ayın sonunda sənəd Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə təqdim olunacaq".   

Qeyd edək ki, SOCAR və Gürcüstan hökuməti arasında 2008-ci ildə imzalanmış müqaviləyə əsasən, qonşu ölkənin 30 qazpaylayıcı təsərrüfat və şəbəkəsi şirkətin idarəçiliyinə verilib.

SOCAR Gürcüstanın 80%-dən çoxunu təbii qazla təmin edir. 2008-2016-cı illərdə "SOCAR Georgia Gas" şirkəti 800 yaşayış məntəqəsini təbii qazla təmin edib. Hazırda şirkətin 600 minə yaxın abunəçisi var.

Saytda Axtarış

Son xəbərlər