Dalga Televiziyasi Putin vurulmuş təyyarəyə görə cavab tədbirlərindən danışdı
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1152
DünənDünən2380
Bu həftəBu həftə3532
Bu ayBu ay38835
Bu günə qədərBu günə qədər7409309

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Putin vurulmuş təyyarəyə görə cavab tədbirlərindən danışdı

Rusiya prezidenti Vladimir Putin Suriyada İl-20 təyyarəsinin məhvini 2015-ci ildə türk hərbçilərinin Su-24 təyyarəsini vurması ilə müqayisə etməməyə səsləyib.

Rusiya dövlətinin başçısı İl-20 təyyarəsinin vurulmasını "faciəvi hadisələrin zənciri" adlandırıb.

"Məlum hadisələrlə, türk qırıcısının bizim təyyarəmizi vurması ilə bağlı müqayisəyə gəldikdə isə, o, hər halda başqa vəziyyət idi. Burada, görünür, təsadüfi, faciəvi zəncirlər halqası yer alıb", - deyə Putin bildirib.

Rusiyalı lider bəyan edib ki, ölkəsinin İl-20 təyyarəsinin vurulmasına cavabı Suriyadakı rusiyalı hərbçilərin əlavə təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələcək və hər kəs bu tədbirləri görəcək.

"Cavab tədbirlərinə gəldikdə, onlar ilk növbədə Suriya Ərəb Respublikasındakı hərbi qulluqçularımız, obyektlərimizin əlavə təhlükəsizliyinin təmin olunmasına yönələcək”, - deyə dövlət başçısı əmin edib.

Qeyd edək ki, çərşənbə axşamı Rusiya Müdafiə Nazirliyi İl-20 radioelektron mübarizə təyyarəsinin vurulduğunu bəyan edib. Hadisə İsrailin F-16 qırıcılarının Suriyanın Latakiya əyalətinə hücumu zamanı baş verib. Təyyarənin göyərtəsində olan 15 nəfər həlak olub. 

Rusiyanın müdafiə naziri Sergey Şoyqu baş vermiş hadisədə İsraili günahlandırıb. Belə ki, İsrail tərəfi həmin gün ərazidə əməliyyat keçirəcəyi barədə Rusiyanı məlumatlandırmayıb və nəticədə, suriyalı hərbçilər havadakı İsrail qırıcılarını rus təyyarəsi ilə səhv salaraq, sonuncunu raketlə vurublar.

Saytda Axtarış

Son xəbərlər