Dalga Televiziyasi Marqvelaşvili: "Gürcüstan Avropa İttifaqına namizəd olmaq üçün fəal işə başlamalıdır"
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2012
DünənDünən3048
Bu həftəBu həftə8113
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8464712

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Marqvelaşvili: "Gürcüstan Avropa İttifaqına namizəd olmaq üçün fəal işə başlamalıdır"

“Gürcüstan Avropa İttifaqına namizəd ölkə olmaq üçün fəal işə başlamalıdır”.

APA-nın “newsgeorgia.ge” saytına istinadən verdiyi məlumata görə, bunu Gürcüstan prezidenti Georgi Marqvelaşvili ölkə parlamentində çıxışı zamanı deyib.

“Demokratiya, müvafiq institutları, insan haqları, qanunun aliliyini, iqtisadiyyatın inkişafını gücləndirmək və işlək olan məhkəmə sistemi yaratmaq lazımdır. İqtisadi və sosial problemləri nizamlamaq elə də asan deyil. Onların həlli Avropaya inteqrasiya prosesi ilə bağlıdır. Bu istiqamətdə addımlar atmışıq. Lakin nail olduqlarımızın üzərində dayanmamalıyıq. Gürcüstanın hədəfi tarixi Avropa ailəsinə qayıtmaqdır”, - deyə o vurğulayıb.

Marqvelaşvili qeyd edib ki, Gürcüstan xarici siyasətinin əsas prioritetlərindən biri Avropa-Asiya nəqliyyat dəhlizinin genişləndirilməsidir və bu istiqamətdə yeni layihələrdə daha geniş iştirak etməkdir.

Saytda Axtarış

Son xəbərlər