Dalga Televiziyasi Tiflisdə “Polis sıralarında çalışan qadınlar” adlı beynəlxalq konfrans keçirilir
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1344
DünənDünən3048
Bu həftəBu həftə7445
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8464044

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Tiflisdə “Polis sıralarında çalışan qadınlar” adlı beynəlxalq konfrans keçirilir

Tiflisdə “Polis sıralarında çalışan qadınlar” adlı 6-cı beynəlxalq konfrans keçirilir.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə çıxış edən Gürcüstan daxili işlər naziri Giorgi Mqebrişvili polis sıralarında çalışan qadınların ölkədə həyata keçirilən islahatlara təkan verdiklərini bildirib.

Onun sözlərinə görə, Gürcüstanda hüquq-mühafizə orqanlarında çalışan qadınların sayı artıb. G. Mqebrişvili onların arasında azərbaycanlıların olduğunu da bildirib.

G. Mqebrişvili Azərbaycan Daxili İşlər Nazirliyi ilə sıx əməkdaşlıq etdiklərini vurğulayıb: “Kriminal elementlərin nə sərhədi, nə dini, nə də milləti var. Biz azərbaycanlı həmkarlarımızla bu sahədə birgə mübarizə aparırıq, gələcək planlarımızı birlikdə müzakirə edirik”.

Nazir Azərbaycan Sərhəd Xidməti ilə birlikdə hər iki ölkənin sərhədlərinin delimitasiyası və demarkasiyası sahəsində müsbət işlər gördüklərini vurğulayıb: “Delimitasiya incə bir işdir. Düşünürəm ki, ölkələrimiz arasında həll olunmayan problem yoxdur. Biz Azərbaycanla bu sahədə sıx əməkdaşlıq edirik. Fikrimcə, yaxın gələcəkdə sərhədlərin demarkasiya işini uğurla başa çatdıracağıq”.

Saytda Axtarış

Son xəbərlər