Dalga Televiziyasi Öcalandan Ərdoğana təklif
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2555
DünənDünən3339
Bu həftəBu həftə21775
Bu ayBu ay96012
Bu günə qədərBu günə qədər9238490

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Öcalandan Ərdoğana təklif

altTürkiyədə həbsdə olan PKK terror təşkilatının lideri Abdulla Öcalan türklərlə kürdlər arasında başladılan sülh prosesinin uğurla nəticələnməsi üçün 3 təkliflə çıxış edib.

ANS PRESS-in məlumatına görə, Öcalan təklif edib ki, ilk növbədə sülh prosesi hüquqi status qazanmalıdır, prosesin müşahidəsi üçün bitərəf qurumlar yaradılmalı və faktların araşdırılması da daxil olmaqla 8 komissiya yaradılmalıdır.

Öcalan prosesin tezləşdirilməsi üçün hökumətə çağırış edib. Kürd lider qeyd edib ki, artıq müzakirələrə son qoymaq lazımdır. İtirməyə vaxt yoxdur. Öcalan irəli sürdüyü təklifləri qəbul olunarsa, kürd vətəndaşlara bəzi çağırışlar edə biləcəyini qeyd edib. Bundan başqa o, hökumətin onunla ayda bir dəfə deyil, hər gün görüşməsini də istəyib. Abdullah Öcalan hazırda İmralı adasında həbsxanada saxlanılır.

Saytda Axtarış

Son xəbərlər