Dalga Televiziyasi Ən varlı adamlarının siyahısı açıqlandı
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün5554
DünənDünən5587
Bu həftəBu həftə18647
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər9007335

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Ən varlı adamlarının siyahısı açıqlandı

altABŞ-ın "Microsoft" korporasiyasının təsisçisi Bill Qeyts dünyanın ən varlı adamı adına yenidən sahib çıxıb.

Dalgatv-nin  Trend-ə istinadən verdiyi məlumata görə, "Forbes" jurnalının illik reytinqinə əsasən B.Qeytsin sərvəti 76 milyard dollardır.

Amerikalı milyarder liderlikdən 4 il əvvəl məhrum olub. "Forbes" ötən ilin ən varlı adamının meksikalı media-maqnat Karlos Slim olduğunu açıqlayıb.

Lakin cari ilin reytinqində meksikalı 72 milyard dollarlıq sərvətlə ikinci yerdə qərarlaşıb.

İlk üçlüyü isə "Inditex" şirkətinin əsas sahibi ispaniyalı Amansio Orteqa tamamlayır. Onun var-dövləti 64 milyard dollara bərabərdir.

Siyahıda dördüncü və beşinci yerləri, müvafiq olaraq, milyarder Uorren Baffet (58,2 milyard dollar) və "Oracle"ın qurucusu və baş direktoru Larri Ellison (48 milyard dollar) tuturlar.

Saytda Axtarış

Son xəbərlər