Dalga Televiziyasi Evlənmələrinə icazə vermədilər, onlar da intihar etdi — Qəbələdəki hadisənin təfərrüatı
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün8
DünənDünən957
Bu həftəBu həftə9209
Bu ayBu ay46947
Bu günə qədərBu günə qədər7474281

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Evlənmələrinə icazə vermədilər, onlar da intihar etdi — Qəbələdəki hadisənin təfərrüatı

Qəbələdə sevgililərin intiharının təfərrüatı məlum olub.

Avqustun 28-də rayon sakini, 23 yaşlı Elçin Mirsahibli və 34 yaşlı Günel Dadaşovanın asılmış vəziyyətdə meyitləri aşkar edilib.

Yerli sakinlər bildiriblər ki, qonşuluqda yaşayan mərhumlar sevgi münasibətində olublar və evlənmək istəyiblər. Lakin oğlanın valideynləri bu evliliyə razı olmayıblar. Onların evlilik məsələsinin baş tutmayacağını düşünərək intihara qərar verdikləri güman edilir.

Hadisə günü E.Mirsahib G.Dadaşovanın yaşadığı evə gəlib və əvvəlcə həyətdə olan yarımtikilidə qadını asaraq öldürüb, daha sonra isə özünü sevgilisinin yanında asaraq intihar edib. G.Dadaşova əvvələr ailəli olub və onun 7 yaşlı oğlu var.

 

Faktla bağlı Qəbələ rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

Saytda Axtarış

Son xəbərlər