Dalga Televiziyasi Gürcüstan vətəndaşları Azərbaycanla münasibətləri yaxşı qiymətləndirir
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1150
DünənDünən634
Bu həftəBu həftə7586
Bu ayBu ay52285
Bu günə qədərBu günə qədər7422759

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstan vətəndaşları Azərbaycanla münasibətləri yaxşı qiymətləndirir

Beynəlxalq Respublika İnstitutu (IRI) Gürcüstanda keçirdiyi rəy sorğusunun nəticələrini açıqlayıb.
 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, sorğunun beynəlxalq münasibətlərə dair bölməsində rəyi soruşulanlar bir sıra dövlətlərlə münasibətləri qiymətləndiriblər. Sorğuda iştirak edənlərin 82%-i Azərbaycanla münasibətləri yaxşı, 12%-i nə yaxşı, nə pis, 2%-i isə pis qiymətləndirib. 4%-i isə suala cavab verməkdə çətinlik çəkib.


Respondetnlərin 90%-i Avropa İttifaqı, 88%-i ABŞ, 83%-i Ukrayna, 75%-i Türkiyə, 68%-i Ermənistanla münasibətlərin yaxşı olduğunu hesab edib.
 

"Gürcüstanın əsas siyasi tərəfdaşı kimdir" sualına rəyi soruşulanların 53%-i ABŞ, digər 53%-i Aİ, 22%-i Ukrayna, 19%-i Azərbaycan deyə cavab verib. Respondentlərin 85%-i Rusiyanı Gürcüstan üçün siyahi təhlükə hesab edib.
 

Gürcüstanın əsas iqtisadi tərəfdaşı ilə bağlı sualı respondentlərin 37%-i ABŞ, 36%-i Aİ, 23%-i Azərbaycan, 22%-i Türkiyə, 18%-i Ukrayna deyə cavablandırıb. Rəyi soruşulanların 68%-i Rusiyanı Gürcüstan üçün əsas iqtisadi təhlükə adlandırıb.

IRI sorğunu bu ilin 10-22 aprel tarixində 1500 Gürcüstan vətəndaşı arasında keçirib.

Saytda Axtarış

Son xəbərlər