Dalga Televiziyasi Gürcü cüdoçular federasiya rəhbərinin kabinetini mismarladı
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1416
DünənDünən1348
Bu həftəBu həftə5111
Bu ayBu ay53807
Bu günə qədərBu günə qədər7481141

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcü cüdoçular federasiya rəhbərinin kabinetini mismarladı

Cüdo üzrə Gürcüstan yığmasının üzvləri federasiya prezidenti David Kevxişvilinin istefasını tələb ediblər və tətilə başlayıblar. 

Cüdoçular Kevxişvili kabinetində olmadığı zaman onun kreslosunu zibilliyə atıblar, qapısına isə mismar vurublar.

"Kevxişvilinin Gürcüstanda cüdonun inkişafına mənfi təsir edən fəaliyyətinə görə onun istefasını tələb edirik. 

Təəssüf  ki, müvafiq dövlət qurumları heç bir reaksiya göstərməyiblər. Biz lazımi nəticə əldə olunmayanadək etirazımızı davam etdirəcəyik", - Gürcüstan yığmasının kapitanı Varlam Liparteliani deyib. 

Cüdoçular federasiya prezidentini cüdonun inkişafı, eləcə də, iri turnirlərdə qələbə qazanmış idmançılara mükafat üçün ayrılmış dövlət vəsaitini mənimsəməkdə ittiham ediblər. 

İdmançıların sözlərinə görə, funksioner təcrübəli məşqçiləri işdən azad edib və onların yerinə öz dostlarını gətirib. 

Kevxişvili bəyan edib ki, istefa vermək niyyətində deyil və idmançıların təzyiqlərinə uymayacaq. 

Aprel ayında Gürcüstanın cüdo yığması IX dəfə komanda hesabında Avropa çempionu olub. 

Saytda Axtarış

Son xəbərlər