Dalga Televiziyasi Gürcüstanda azərbaycanlıların yaşadığı rayonda müasir istixana açılıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün268
DünənDünən957
Bu həftəBu həftə9469
Bu ayBu ay47207
Bu günə qədərBu günə qədər7474541

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanda azərbaycanlıların yaşadığı rayonda müasir istixana açılıb

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun Əzizkənd kəndində müasir istixana təsərrüfatı açılıb.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, "Hazır şitil" adlı təsərrüfat Avropa standartlarına cavab verir və yüksək texnologiyalarla təchiz olunub.

"Gürcüstanda istehsal et" dövlət proqamı və  "Vahid Aqrolayihə" çərçivəsində yaradılmış təsərrüfata 1,8 mln. dollardan çox investisiya yatırılıb. Məbləğin 442 min dollarını güzəştli kredit təşkil edir.

İldə 30 milyon şitilin istehsal olunacağı təsərrüfatda 30 nəfər işlə təmin olunub. İstixananın məhsulları yerli bazarda satışa çıxarılacaq.

İstixananın açılış mərasimində Kvemo Kartli bölgəsinin rəhbər şəxsləri, Marneuli rayonunun icra başçısı Temur Abazov, Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan və digər rəsmi şəxslər iştirak edib.

Saytda Axtarış

Son xəbərlər