Dalga Televiziyasi Bakıda keçmiş məhkum atasını öldürüb, anasını yaralayıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün206
DünənDünən3900
Bu həftəBu həftə4106
Bu ayBu ay58757
Bu günə qədərBu günə qədər9962397

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Bakıda keçmiş məhkum atasını öldürüb, anasını yaralayıb

Bakıda qətl hadisəsi baş verib.

Xətai Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayonun Əbilov küçəsi ev 18/12 ünvanında yaşayan 1987-ci il təvəllüdlü Emin Sadiq oğlu Sadıqov mübahisə zəminində atası, 1962-ci il təvəllüdlü Sadiq Saleh oğlu Sadıqovu bıçaqlayaraq qətlə yetirib.

E. Sadıqov ona mane olmaq istəyən anası, 1967-ci il təvəllüdlü Yasəmən Sadıqovaya da bıçaq xəsarətləri yetirib. Y. Sadıqova xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, E. Sadıqov 6 ay əvvəl həbsdən çıxıb.

Onun külli miqdarda borcu olduğu, borcu ödəmək üçün yaşadıqları evi satmaq istədiyi, atası ilə mübahisənin də bu səbəbdən baş verdiyi bildirilir.

E. Sadıqov saxlanılıb. Cinayət işi başlanıb, istintaq gedir.

Saytda Axtarış

Son xəbərlər