Dalga Televiziyasi 2050-ci ildə dünya əhalisinin sayı 9,6 milyarda çatacaq
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün15
DünənDünən1073
Bu həftəBu həftə1503
Bu ayBu ay50199
Bu günə qədərBu günə qədər7477533

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


2050-ci ildə dünya əhalisinin sayı 9,6 milyarda çatacaq

altBirləşmiş Millətlər Təşkilatının (BMT) hazırladığı məruzədə dünya əhalisinin sayının XXI əsrin ortalarında 9 milyard 600 milyona çatacağı bildirilir. BMT-nin açıqladığı rəqəm 2010-cu ildə açıqladığı rəqəmdən 300 milyon çoxdur.

Hazırda dünya əhalisinin 7,2 milyard olduğu qeyd edilən məruzədə 2025-ci il üçün bu göstəricinin 8,1 milyard olacağı deyilir.

Sənəddə inkişaf etməkdə olan ölkələrdə əhalinin sürətlə artdığı qeyd olunur. Az inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrin əhalisinin sayının bu gün 5,9 milyard olduğu, 2050-ci ildə isə bu rəqəmin 8,2 milyarda çatacağı bildirilir.

Məruzədə inkişaf etmiş ölkələrin əhalisinin sayında önəmli bir dəyişikliyin olmayacağı, hazırda əhalisi ümumilikdə 1,3 milyard olan bu ölkələrin sakinlərinin sayının 2050-ci ildə də eyni olacağı proqnozlaşdırılır.

Saytda Axtarış

Son xəbərlər