Dalga Televiziyasi “Neftçi” “Qarabağ”la oyuna 200-ə yaxın veteran futbolçusunu dəvət edib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1060
DünənDünən634
Bu həftəBu həftə7496
Bu ayBu ay52195
Bu günə qədərBu günə qədər7422669

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


“Neftçi” “Qarabağ”la oyuna 200-ə yaxın veteran futbolçusunu dəvət edib

“Neftçi” futbol klubu 80 illik yubileyi ilə bağlı silsilə tədbirlərini Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində “Qarabağ”la görüşdə də həyata keçirəcək.

Klubdan Dalga tv-yə verilən məlumata görə, martın 30-da baş tutacaq matçı “Neftçi”nin formasını geyinmiş ümumilikdə 200-dək veteran futbolçu da izləyəcək. 

Onlar arasında hazırda ölkədə yaşayanlarla yanaşı, xaricdən dəvət olunmuş 10-a yaxın veteran futbolçu da olacaq.

Dəvətlilər sırasında 1966-cı ilin bürünc medalçısı Nikolay Boqdanov, Olimpiya çempionu İqor Ponomaryov, “ağ-qaralar”ın heyətində ən çox oyun keçirmiş futbolçulardan biri Nikolay Smolnikov, 1971-ci ildə SSRİ çempionatında 33 ən yaxşı futbolçu sırasına düşmüş Vitali Şevçenko kimi əfsanəvi simalar da var. Veteran futbolçular oyundan əvvəl Bakıdakı restoranlardan birində bir araya gələcəklər. Tədbir media üçün qapalı olacaq.

Qeyd edək ki, saat 19:30-da başlanacaq “Neftçi” – “Qarabağ” matçından öncə keçiriləcək tədbirin bədii hissəsində azarkeşlər “Bakcell Arena”da maraqlı görüntülərə şahidlik edəcəklər. 

Saytda Axtarış

Son xəbərlər