Dalga Televiziyasi Bakı-2017 İslam Həmrəyliyi Oyunlarına 50 gün qaldı
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün931
DünənDünən1299
Bu həftəBu həftə9175
Bu ayBu ay46913
Bu günə qədərBu günə qədər7474247

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Bakı-2017 İslam Həmrəyliyi Oyunlarına 50 gün qaldı

Bakı-2017 İslam Həmrəyliyi Oyunlarına 50 gün qalmasını qeyd etmək məqsədlə bu gün Bakı bulvarında “Grassroots” proqramı çərçivəsində tədbir keçirilib.

Dalga tv-nin məlumatına görə, tədbirdə əvvəlcə Bakı-2017-nin idmançı səfirlərinin iştirakı ilə insanları idmana cəlb etmək məqsədilə açıq havada idman sessiyası olub.

Sonra tədbir çərçivəsində keçirilən viktorinalarda qalib gələn iştirakçılar hədiyyələr qazanıb.

Tədbir iştirakçıların böyük marağına səbəb olub.

Bakı-2017-nin ulduz səfiri Tünzalə Ağayeva istedadlı könüllülərə dəstək məqsədilə keçirilən bu layihəyə görə çox sevindiyini deyib və hər kəsi idmançılara dəstək olmağa çağırıb.

Bakı-2017-nin idmançı səfiri Rəsul Çunayev isə “Grassroots” proqramı çərçivəsində gənclərin idmana cəlbi məqsədilə həyata keçirilən layihələrdə iştirak etdiyini bildirib: “Bu gün artıq “İslam Həmrəyliyi Oyunlarına 50 gün qaldı” tədbirini qeyd edirik, yəni Oyunlara az qalıb. Ümidvaram ki, ölkəmizə böyük uğurlar qazandıracağıq. Hər kəsi biz idmançılara dəstək olmağa çağırırıq”.

Saytda Axtarış

Son xəbərlər