Dalga Televiziyasi AFFA “Qəbələ” ilə bağlı qərarında dəyişiklik etdi
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün615
DünənDünən957
Bu həftəBu həftə9816
Bu ayBu ay47554
Bu günə qədərBu günə qədər7474888

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


AFFA “Qəbələ” ilə bağlı qərarında dəyişiklik etdi

Bu gün AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib. "Dalga tv" xәbәr verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul edilib.

1. AFFA-nın İntizam Komitəsinin “Qəbələ” İK-nın rəsmi şəxsləri Zaur Əzizov, Səbuhi Səfiyarlı, Səməd Nəsibov və Səbuhi Qarayev barəsində çıxardığı 29 saylı, 02 mart 2017-ci il tarixli qərar qüvvədə saxlanılsın.

2. 2016/2017 futbol mövsümü çərçivəsində XXV Topaz Premyer Liqasının XX turunun 28 fevral 2017-ci il tarixində keçirilən “Kəpəz” – “Qəbələ” oyunu zamanı qeydə alınan qayda pozuntusuna dair “Qəbələ” İK-nın futbolçusu Nika Kvekveskiri barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi 02 mart 2017-ci il tarixli qərar qismən dəyişdirilsin. Barəsində intizam tədbiri kimi 6 aylıq sınaq müddəti təyin olunmaqla, futbolçu verilmiş 3 oyunluq cəzanın qalan müddətini çəkməkdən şərti olaraq azad olunsun. 6 aylıq sınaq müddəti ərzində futbolçu Nika Kvekveskiri analoji hərəkətlərə yol verəcəyi təqdirdə, ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.

3. 2016/2017 futbol mövsümü çərçivəsində XXV Topaz Premyer Liqasının XX turunun 28 fevral 2017-ci il tarixində keçirilən “Kəpəz” – “Qəbələ” oyununun birinci hissəsindən sonra qeydə alınan qayda pozuntusuna dair “Qəbələ” İK-nın həkimi Namiq Hüseynov barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi 02 mart 2017-ci il tarixli qərar qismən dəyişdirilsin. Barəsində intizam tədbiri kimi 6 aylıq sınaq müddəti təyin olunmaqla, həkim verilmiş 5 oyunluq cəzanın qalan müddətini çəkməkdən şərti olaraq azad olunsun. 6 aylıq sınaq müddəti ərzində həkim Namiq Hüseynov analoji hərəkətlərə yol verəcəyi təqdirdə, ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.

4. AFFA-nın Hakim-İnspektorlar Komitəsinə bu oyunun təşkili zamanı baş vermiş pozuntu hallarının araşdırılması barədə AFFA-nın Apellyasiya Arbitraj Tribunalına dərhal məlumat verməsi tapşırılsın və gələcəkdə bu cür halların baş verməməsi təmin edilsin.

Saytda Axtarış

Son xəbərlər