Dalga Televiziyasi Azərbaycan və Gürcüstan arasında ilk birgə sərhəd məntəqəsinin yaradılması müzakirə olunur
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1297
DünənDünən634
Bu həftəBu həftə7733
Bu ayBu ay52432
Bu günə qədərBu günə qədər7422906

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Azərbaycan və Gürcüstan arasında ilk birgə sərhəd məntəqəsinin yaradılması müzakirə olunur

"Gürcüstan İpək yolu təşəbbüsü çərçivəsində Azərbaycanla ilk birgə sərhəd məntəqəsinin yaradılması imkanlarını müzakirə edir".

APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Gürcüstanın maliyyə naziri Mamuka Baxtadze Manilada keçirilən Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) illik toplantısında deyib.

Nazir bildirib ki, İpək yolu təşəbbüsündə iştirak edən bütün ölkələr infrastruktur layihələrinə fəal olaraq investisiyalar yatırır: “Gürcüstan bütün regional layihələrdə fəal iştirak edir. Mərkəzi Asiya regionu mineral resurslarla zəngindir. Bu, çox maraqlı bazardır. Buna görə də biz bu regionu dünya iqtisadiyyatına daha yaxşı inteqrasiya etməliyik".

 

M.Baxtadze bildirib ki, Gürcüstan və Cənubi Qafqaz regionu bu prosesdə əsas rol oynayır: "Gürcüstan regionda Avropa İttifaqı və Çinlə azad ticarət rejimi olan yeganə ölkədir. Avropanın Asiya ilə əlaqələndirilməsi regionda ÜDM-in artım tempinə əhəmiyyətli təsir göstərəcək".

Saytda Axtarış

Son xəbərlər