Dalga Televiziyasi Azərbaycan səfiri BTQ dəmir yolu xəttinin Gürcüstan hissəsində aparılan işlərlə tanış olub
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün662
DünənDünən1348
Bu həftəBu həftə4357
Bu ayBu ay53053
Bu günə qədərBu günə qədər7480387

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Azərbaycan səfiri BTQ dəmir yolu xəttinin Gürcüstan hissəsində aparılan işlərlə tanış olub

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Zaman Novruzov Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan ərazisindən keçən hissəsində görülmüş işlərlə tanış olmaq məqsədilə Tsalka rayonuna və Cavaxetiya bölgəsinə (Ninotsminda və Axalkalaki rayonları) səfər ediblər.  

Azərbaycanın Gürcüstandakı səfirliyindən APA-ya verilən məlumata əsasən, səfər çərçivəsində dəmir yolu xəttinin Marabda-Axalkalaki-Karsaxi-Türkiyə sərhədi hissəsində yerləşən Tsalka, Toparavani, Karsaxi stansiyalarına baxış keçirilib.

D. Həsənov və Z. Novruzov həmçinin Axalkalaki stansiyası kompleksində və Gürcüstan-Türkiyə sərhədində yerləşən 4 200 metrlik tuneldə aparılan intensiv son tamamlanma işləri ilə yaxından tanış olublar.

İş icraçılarının məlumatlarına və aparılan müşahidələrə əsasən, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsinin bu ilin sentyabr ayında tam şəkildə istismara hazır olacağı gözlənilir.

Saytda Axtarış

Son xəbərlər