Dalga Televiziyasi Gürcüstan Mərkəzi Bankı uçot dərəcəsini dəyişməyib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün410
DünənDünən1595
Bu həftəBu həftə6212
Bu ayBu ay50911
Bu günə qədərBu günə qədər7421385

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstan Mərkəzi Bankı uçot dərəcəsini dəyişməyib

Gürcüstan Mərkəzi Bankının Monetar siyasət Komitəsi bu gün keçirdiyi iclasda uçot dərəcəsini dəyişdirməmək qərarı alıb. 

"Report" "Sputnik-Georgia.ru" saytına istinadən xəbər verir ki, bu barədə bankdan məlumat verilib.

Bank bu addımını inflyasiyanın iyun ayında 7,1% - yüksək həddə olması ilə izah edib. Yüksək inflyasiyaya səbəb tütün və yanacaq aksizlərinin artırılması ilə bağlı olub. 

Xatırladaq ki, son dəfə Gürcüstan Mərkəzi Bankı uçot dərəcəsini may ayında 6,5%-dən 7%-ə qədər artırıb. Mərkəzi Bank açıqlamasında birdəfəlik amillərin keçici olduğunu, inflyasiyanın ilin II yarısından etibarən azalacağını proqnozlaşdırdığını bildirib.

Bankın növbəti iclasının sentyabr ayının 6-da keçirilməsi planlaşdırılır.

Saytda Axtarış

Son xəbərlər