Dalga Televiziyasi Tbilisidə BTQ dəmir yolu layihəsi üzrə koordinasiya şurasının növbəti iclası keçirilib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün938
DünənDünən1299
Bu həftəBu həftə9182
Bu ayBu ay46920
Bu günə qədərBu günə qədər7474254

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Tbilisidə BTQ dəmir yolu layihəsi üzrə koordinasiya şurasının növbəti iclası keçirilib

 Bu gün Tbilisidə Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi üzrə koordinasiya şurasının novbəti iclası keçirilib.

"Report"un Gurcüstan bürosu xəbər verir ki, iclasda əsasən Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi, yol üzrə aparılan tikinti, bərpa və yenidənqurma işləri müzakirə olunub.

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini, koordinasiya şurasının həmsədri Qeorqi Çerkezişvili tədbiri açaraq ölkələrimiz arasındakı iqtisadi, siyasi, mədəni əlaqələrdən danışıb, BTQ dəmir yolu və digər regional layihələrin münasibətlərimizin inkişafında mühüm rol oynadığını bildirib.

Azərbaycan Dəmir Yolları QSC-nin sədri, koordinasiya şurasının həmsədri Cavid Qurbanov bildirib ki, bu gün Azərbaycan və Gürcüstanın birgə reallaşdırdığı Bakı-Tbilisi-Qars və digər layihələr xalqlarımızın rifah halının yaxşılaşmasına xidmət edir. İnanırıq ki, BTQ, eləcə də digər layihələr təkcə Cənubi Qafqazın deyil, bütövlükdə Avropanın inkişafında, Avropa ilə Asiyanın birləşməsində mühüm rol oynayacaq.

Sonra iclasda BTQ-nin Marabdadan Türkiyə sərhədinə qədər olan hissəsində gedən reabilitasiya, yenidənqurma və yolun tikintisi, "Marabda-Kartsaxi" dəmir yolunun 2017-ci il üçün büdcəsi, Marabda-Turkiyə dəmir yol üzrə yeni bərpa və yenidənqurma işləri üzrə müqaviləyə dəyişikliklərin olunması, Zalqa-Axalkalaki keçid məntəqəsinin vəziyyəti, Axalkalaki-Kartsaxi yolunda yeni infrastrukturun tikintisi və s. məsələlər müzakirə olunub. İclasda, həmçinin koordinasiya şurasının 24-cü iclasının qərarlarının icrası və digər məsələlərə də baxılıb.

İclasda Azərbaycan tərəfindən Xarici İşlər nazirinin müavini Xələf Xələfov, iqtisadiyyat nazirinin müavini Sahil Babayev, maliyyə nazirinin müavini Emin Hüseynov, Dövlət Neft Fondunun layihələr şöbəsinin müdiri Rəhim Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

 

Saytda Axtarış

Son xəbərlər