Dalga Televiziyasi Azərbaycan, Gürcüstan və İran “Cənub-Qərb” layihəsinin perspektivlərini müzakirə ediblər
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün719
DünənDünən1073
Bu həftəBu həftə2207
Bu ayBu ay50903
Bu günə qədərBu günə qədər7478237

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Azərbaycan, Gürcüstan və İran “Cənub-Qərb” layihəsinin perspektivlərini müzakirə ediblər

Azərbaycan, Gürcüstan  və İran dəmir yol idarələrinin rəhbərləri "Cənub-Qərb” nəqliyyat dəhlizinin  perspektivlərini müzakirə ediblər.

APA-nın Gürcüstan bürosunun gürcü mətbuatına istinadən məlumatına görə, layihə çərçivəsində Fars körfəzindən və İrandan keçməklə Avropaya yüklər daşınacaq. Hazırda yüklərin dənizlə daşınması dövriyyəsi Fars körfəzi və Hindistandan keçməklə 30-40 gün davam edir. Gürcüstan, Azərbaycan və İran dəmir yolu xətti mövcud olandan sonra yükdaşımanın müddəti əhəmiyyətli dərəcədə qısalacaq.

Müzakirələrdə iştirak edən "Azərbaycan Dəmir Yolu” QSC-nin sədri Cavid Qurbanov deyib: " Avropa, Pakistan, Hindistan və İran arasında yük dövriyyəsinin həcmi "Cənub-Qərb” dəhlizinin perspektivlərindən xəbər verir. Biz daşınan yüklərə nəzarət məqsədilə  vahid tarif sistemi yaratmaq niyyətindəyik. Təqdirəlayiq haldır ki, Gürcüstan hökuməti tərəfindən bir neçə azad ticarət zonası yaradılıb. Bu, görülən işlərin keyfiyyətinə, yük dövriyyəsinə və yüklərin rahat şəkildə daşınmasına müsbət təkan verir”.

Tədbir çərçivəsində Gürcüstan Dəmir Yolunun baş direktoru Mamuka Baxtadze, "Azərbaycan Dəmir Yolu” QSC-nin sədri Cavid Qurbanov və İran İslam Respublikasının Dəmir Yolu prezidenti Səid Məhəmmədzadə arasında görüşün nəticələrinə dair sənəd imzalayıblar.

Saytda Axtarış

Son xəbərlər