Dalga Televiziyasi Vladimir Putin MDB daxilində ABŞ dollarından imtina edilməsi barədə məsələ qaldırıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1090
DünənDünən3609
Bu həftəBu həftə8528
Bu ayBu ay99687
Bu günə qədərBu günə qədər9761052

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Vladimir Putin MDB daxilində ABŞ dollarından imtina edilməsi barədə məsələ qaldırıb

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 
Rusiya prezidenti Vladimir Putin MDB ölkələri çərçivəsində ticarətin ABŞ dolları ilə aparılmasından imtina edilməsi haqqında Dövlət Dumasına qanun layihəsi təqdim edib.


APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Layihəyə əsasən “Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin inteqrasiya olunmuş valyuta bazarının təşkili sahəsində əməkdaşlıq haqqında” saziş çərçivəsində hesablaşmalarda valyuta kimi dollar və avrodan imtina edilməsinə imkan verən mexanizm yaradılacaq.

Söhbət əsasən Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və digər ölkələr arasında vahid maliyyə bazarının yaradılmasından gedir. Avrasiya İqtisadi İttifaqı çərçivəsində ölkələr artıq milli valyutalara keçilməsini müzakirə ediblər. Buna əsasən 2025-2030-cu illərdə Rusiya, Belarus, Qazaxıstan və Ermənistan milli valyutalarla ticarət aparacaq. Hazırda ittifaq ölkələri arasında ticarətin təxminən yarısı dollar və avro ilə aparılır.   

Saytda Axtarış

Son xəbərlər