Dalga Televiziyasi Gürcüstan DİN: “Marneulidə saxlanılanlar polisə zor tətbiq ediblər””
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün535
DünənDünən634
Bu həftəBu həftə6971
Bu ayBu ay51670
Bu günə qədərBu günə qədər7422144

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstan DİN: “Marneulidə saxlanılanlar polisə zor tətbiq ediblər””

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda Polis İdarəsinin qarşısında keçirilən aksiya səngiyib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan parlamentinə yeni seçilən deputatlardan Azər Süleymanov və Mahir Dərziyev və deputatlığa namizədlər İsrafil Bayramov və Əhməd İmamquliyev və Avropa İnsan Haqları Məhkəməsinin Gürcüstan üzrə təmsilçiləri Marneuli Rayon Polis İdarəsinin qarşısına gələrək aksiya iştirakçıları ilə görüşüblər. Aksiya iştirakçıları deputatları və deputatlığa namizədləri  fitə basıblar. Etirazçılar dünən gecə maskalı xüsusi təyinatlılar tərəfindən saxlanılan 1997, 1994, 1996, 1996, 1992 və 1993 təvəllüdlü gənclərin gecə saatlarında saxlanılmasına etirazlarını bildirib və onların tezliklə azad olunmasını tələb ediblər.

Gürcüstan DİN-dən APA-ya verilən məlumatda saxlanılan şəxslərin Marneulinin Qızılhacılı kəndində yaradılan 48 nömrəli seçki məntəqəsinin işinə maneəçilik törətdiklərinə və polis qüvvələrinə qarşı zor tətbiq etdiklərinə, onları daş-qalaq etdiklərinə və  qarşıdurma yaratdıqlarına görə həbs olunduğu bildirilib. DİN-dən verilən məlumatda Marneuli RPİ-nin əməkdaşlarının qarşıdurmada ciddi xəsarət aldıqları da bildirilib. Oktyabrın 8-də hadisədən xəbər tutan Gürcüstanın baş naziri xəsarət alanlara baş çəkib.

Bu gün aksiyada iştirak edən saxlanılan şəxslərin qohum-əqrəbaları isə maskalı xüsusi təyinatlıların Qızılhacılı kəndindəki evlərə gecə saatlarında qəflətən girdiklərini və azərbaycanlı gənclərə xəsarət yetirdiklərini bildiriblər. Sakinlər evlərdən qızıl-zinət əşyalarının da yoxa çıxdığını da iddia edirlər.

Vahid Milli Hərəkat Partiyasından deputatlığa namizədliyi irəli sürülən Əhməd İmamquliyev jurnalistlərə açıqlamasında vəziyyətə nəzarət olunduğunu və sonadək saxlanılan şəxsləri müdafiə edəcəklərini bildirib: “Xüsusi təyinatlılar sanki terrorçuları həbs edirdilər. Gənclər seçkilərdə iştirak edənlərdən biridir, təsadüfən qarşıdurma yaranan zaman seçki məntəqəsinin ərazisində olublar. Oktyabrın 8-də 48 nömrəli seçki məntəqəsi yerləşən Qızılhacılı kənd sakinlərinin hamısı baş verənlərlə bağlı istintaqa açıqlama verməyə hazır idilər. Lakin onları dinləyən olmadı”.

Ə. İmamquliyev baş verən hadisəyə təəssüf etdiyini bildirib: “Bu gənclər azad olmayanadək biz buradan getməyəcəyik və qanun çərçivəsində sonuncu addımlarımızı atacağıq ki, saxlanılan gənclər ailələrinə qayıtsınlar və qanunu pozanların hamısı həbs olunsunlar. Biz qanun pozucularının hamısını tanıyırıq”, - deyə deputatlığa namizəd qeyd edib.

“Burçuladze-Dövlət xalq üçün” partiyasından deputatlığa namizədliyi irəli sürülən İsrafil Bayramov saxlanılan şəxslərlə bağlı Kvemo Kartli bölgə qubernatoru Paata Xizanaşvili  ilə görüşdüklərini bildirib: “Qubernator bizə bildirdi ki,  baş verən hadisə ilə ciddi məşğul olacaq və günahsız olan heç kim həbs edilməyəcək. Qubernator saxlanılan gənclərin azadlığa çıxmasına kömək edəcəyinə söz verib”, - deyə İ. Bayramov vurğulayıb.

Qeyd edək ki, DİN tərəfindən keçirilən brifinqdə saxlanılan azərbaycanlı gənclərin Rustavi şəhər məhkəməsinin Gürcüstan CM-nin 163 və 353-cü maddələrinə əsasən verdiyi qərar əsasında həbs olunduğu bildirilib.

Bundan başqa, MSK-nın qərarına əsasən, 48 nömrəli seçki məntəqəsində proporsional və majoritar sistemi üzrə keçirilmiş seçkilərin nəticələri ləğv olunub.

Əhməd İmamquliyev oktyabrın 22-də Qızılhacılı kəndindəki 48 nömrəli seçki məntəqəsində təkrar seçkilər keçiriləcəyini bildirib. 

Saytda Axtarış

Son xəbərlər