Dalga Televiziyasi Ağalarovun obyektində partlayıcı tapıldı - Foto
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün329
DünənDünən957
Bu həftəBu həftə9530
Bu ayBu ay47268
Bu günə qədərBu günə qədər7474602

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Ağalarovun obyektində partlayıcı tapıldı - Foto

alt

Rusiyanın xüsusi xidmət orqanları Moskvanın Krasnoqorsk rayonunda yerləşən “Krokus Ekspo” mərkəzində partlayıcı maddəni operativ şəkildə aşkar edərək zərərsizləşdiriblər.

Qafqazinfo” Virtualaz.org-a istinadən xəbər verir ki, “Krokus”da çantanın içərisində kustar üsulla hazırlanmış partlayıcı maddə tapılıb. Məlumata əsasən, maddə mərkəzdəki ayaqyolulardan birində aşkar edilib. Bəzi mənbələrə əsasən, bu üsulla cinayətkarlar hazır partlayıcı maddəni bir-birlərinə ötürmək istəyiblər.

“Federal Təhlükəsizlik Xidmətinə məlumat daxil olmuşdu ki, “Krokus Ekspo”da terror aktı hazırlanır. Bundan sonra hadisə yerinə xüsusi texnika, minaaxtaranlar və kinoloqlar cəlb edilmişdi. Mərkəzin qonaqları və əməkdaşları təxliyyə edilib”, - bunu hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Mərkəzdə olanlar tam təxliyyə edildikdən sonra xüsusi xidmət orqanlarının əməkdaşları partlayıcı maddəni götürərək FTX-nin laboratoriyasına aparıblar. Burada həmin maddənin tərkibi aydınlaşdırılacaq.

Partlayıcı maddənin fotoşəkli də dərc olunub. Qeyd edilir ki, fotoda görünən qurğunun yalnız bir hissəsidir.

Qeyd edək ki, “Krokus Ekspo” azərbaycanlı iş adamı Araz Ağalarova məxsusdur.

Saytda Axtarış

Son xəbərlər