Dalga Televiziyasi “Bakıdan növbəti dəfə təklif gələrsə, sevinclə qarşılayaram” - Hollivud ulduzu
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün426
DünənDünən1595
Bu həftəBu həftə6228
Bu ayBu ay50927
Bu günə qədərBu günə qədər7421401

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


“Bakıdan növbəti dəfə təklif gələrsə, sevinclə qarşılayaram” - Hollivud ulduzu

“CinemaPlus” kinoteatrında “Əli və Nino” filminin qəhrəmanlarının iştirakı ilə mətbuat konfransı keçirilib.

Mətbuat konfransında Kris Tikyer, Kristofer Hempton, Nino obrazını canlandıran Mariya Valverde, həmçinin Numan Akar, Mehriban Zəki, Pərviz Məmmədrzayev və Cümşüd Zeynalov iştirak ediblər.

Mətbuat konfransında yaradıcı heyətin üzvləri çəkiliş prosesindən danışıblar. Filmin baş qəhrəmanı, Hollivud ulduzu Mariya Valverde Azərbaycana aşiq olduğunu bildirib. O qeyd edib ki, Bakıdan növbəti dəfə təklif gələrsə, bunu sevinclə qarşılayacaq.

Qeyd edək ki, yazıçı Qurban Səidin dünya bestselleri olan eyniadlı romanı əsasında ekranlaşdırılan “Əli və Nino” Azərbaycanın müstəqillik uğrunda mübarizəsi və XX əsrin əvvəlində Azərbaycanın Rusiya tərəfindən işğal edilməsi fonunda müxtəlif dinlərə etiqad edən iki gəncin sevgisindən bəhs edir.

“Əli və Nino” filminin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru “BAFTA” mükafatı sahibi Asif Kapadia, ssenari müəllifi isə “Academy Award” mükafatı laureatı Kristofer Hemptondur.

Saytda Axtarış

Son xəbərlər