Dalga Televiziyasi Gürcüstanda prezident seçkilərində iştirak etmək istəyən namizədlərin sayı 46-ya çatıb
Get Adobe Flash player

Socar Georgia Gas

 

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün70
DünənDünən1599
Bu həftəBu həftə1669
Bu ayBu ay28752
Bu günə qədərBu günə qədər2784694

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanda prezident seçkilərində iştirak etmək istəyən namizədlərin sayı 46-ya çatıb

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Gürcüstanda prezident seçkilərində namizəd kimi iştirak etmək istəyənlərin Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət müddəti başa çatıb.

 Gürcüstan bürosunun məlumatına görə, MSK-ya namizədliklərinin irəli sürülməsi ilə bağlı 46 şəxs müraciət edib.

Müraciət edənlərin 26-ı təşəbbüs qrupu, 20-i isə siyasi partiyalar tərəfindən təqdim olunub. Bu günə qədər yalnız 6 nəfərin namizədliyi qeydə alınıb. Bunlar "Xalqın səsi"Birliyindən Mixail Saluaşvili, "Yeni Gürcüstan-Vətəndaş Platforması"ndan Zviad Baqdavadze, Leyboristlər Partiyasından Şalva Natelaşvili və "Avropalı Gürcüstan" Partiyasından David Bakradze, Vahid Milli Hərəkat Partiyasından Qriqol Vaşadze və "Azad Gürcüstan Naminə" hərəkatından İrakli Qorqadzedir.

Gürcüstan qanunvericiliyinə əsasən, prezident seçkilərinə namizəd kimi qatılmaq istəyən şəxslər seçkilərə 40 gün qalmış MSK-ya ən azı 25 923 imza təqdim etməlidirlər. İmzaların yoxlanmasından sonra MSK seçkilərə 30 gün qalmış namizədlərin qeydiyyatını həyata keçirəcək.

Qeyd edək ki, Gürcüstanda prezident seçkiləri oktyabrın 28-də keçiriləcək.

Saytda Axtarış

Son xəbərlər