Dalga Televiziyasi Gürcüstan parlamentində spikerlə prezident arasında mübahisə yaranıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün128
DünənDünən1348
Bu həftəBu həftə3823
Bu ayBu ay52519
Bu günə qədərBu günə qədər7479853

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstan parlamentində spikerlə prezident arasında mübahisə yaranıb

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Gürcüstan parlamentində prezident Giorgi Marqvelaşvilinin illik hesabatından sonra keçirilən debatlar yarımçıq qalıb.
 
APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, buna səbəb G. Marqvelaşvili ilə parlamentin sədri İrakli Kobaxidze arasında yaranmış mübahisə olub.
 
Prezident parlament spikerindən deputatların tənqidlərinə cavab vermək üçün ona şəraitin yaradılmasını xahiş edib. İ. Kobaxidze isə bildirib ki, prezidentə prosedur qaydalarına uyğun olaraq yekunda cavab vermək imkanı yaradılacaq.
 
G. Marqvelaşvili ona bu imkanın yaradılmamasına etiraz olaraq iclası tərk edib.
 
İ. Kobaxidze dövlət başçısının bu hərəkətini öncədən planlaşdırılmış addım adlandıraraq, bunu parlamentə hörmətsizlik kimi qiymətləndirib.
 
Hazırda G. Marqvelaşvili parlament binasındakı kabinetində onun debatlarda iştirakı ilə bağlı qərarın qəbul olunmasını gözləyir.

Saytda Axtarış

Son xəbərlər