Dalga Televiziyasi Gürcüstanda 31 mart soyqırımının 100 illiyinə həsr olunmuş tədbir keçirilib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1120
DünənDünən634
Bu həftəBu həftə7556
Bu ayBu ay52255
Bu günə qədərBu günə qədər7422729

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanda 31 mart soyqırımının 100 illiyinə həsr olunmuş tədbir keçirilib

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Azərbaycanın Gürcüstandakı səfirliyində 31 mart 1918-ci il soyqırımının 100-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.  Sonra 31 mart soyqırımına aid sənədli film nümayiş etdirilib.

Tədbir çərçivəsində səfirlikdə ermənilərin azərbaycanlılara qarşı tarix boyu törətdikləri soyqırımı həqiqətlərini əks etdirən fotoşəkil və kitablardan ibarət sərgi təşkil olunub.

Mərasimdə çıxış edən Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov 31 mart soyqırımının qısa tarixi barədə danışaraq 30 mindən çox azərbaycanlının qanına qəltan edildiyini diqqətə çatdırıb: "31 mart soyqırımı ermənilərin xalqımıza qarşı tarix boyu soyqırım həyata keçirdiklərini, bu prosesin məqsədyönlü və ultramillətçi ideoloji əsaslarla gerçəkləşdirildiyini sübuta yetirir. Ermənilər uydurma "Böyük Ermənistan" xülyalarını həyata keçirmək üçün tarixi şəraitdən və himayədarlarının dəstəyindən istifadə edərək, regionu azərbaycanlılardan və qeyri-millətlərdən təmizləmək, yalnız ermənilərin yaşadığı nasist dövləti yaratmaq istəyiblər. Azərbaycanın tarixi torpaqlarında – Dağlıq Qarabağda və ətraf rayonlarda törədilmiş soyqırımı cinayətləri, işğal bu prosesin davamıdır".

Sonra çıxış edən Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan soyqırım həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının vacib olduğunu qeyd edib: "1918-ci il qətliamları törədilən zaman bu hadisənin unutdurulmasına çalışırdılar. O zaman media, televiziya olmadığından buna nail olunurdu. Bizim əsas vəzifəmiz qətliam qurbanlarının xatirəsini yad etmək və bu cür qətliamların bir daha təkrarlanmasına yol verməməkdir".

Diplomatın sözlərinə görə, Türkiyə və Azərbaycan təhdidlərin haradan gələ biləcəyini çox yaxşı bilir: "Biz böyük millətik. İki böyük dövlətimiz var. Gürcüstan kimi çox yaxşı qonşumuz var. Hər üç xalq gələcəkdə ortaq təhdidləri birgə aradan qaldırmalıdır".

Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev öz növbəsində deyib ki, Azərbaycan həqiqətlərinin Gürcüstan ictimaiyyətinə çatdırılması istiqamətində səylər daha da artırılmalıdır.

Tədbirdə SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, azərbaycanlı ziyalılar, gürcü tarixçilər və ekspertlər və digər şəxslər iştirak edib.

Saytda Axtarış

Son xəbərlər