Dalga Televiziyasi Gürcüstan parlamentinin vitse-spikeri: “Azərbaycanlı həmkarlarımızla məsləhətləşmələr aparmağa hazırıq”
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün584
DünənDünən3762
Bu həftəBu həftə12829
Bu ayBu ay87066
Bu günə qədərBu günə qədər9229544

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstan parlamentinin vitse-spikeri: “Azərbaycanlı həmkarlarımızla məsləhətləşmələr aparmağa hazırıq”

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

“Biz azərbaycanlı həmkarlarımızla qarşılıqlı maraq doğuran bütün vacib məsələlərlə bağlı məsləhətləşmələr aparmağa hazırıq”.

APA-nın yerli bürosunun məlumatına əsasən, bunu Gürcüstan parlamentinin vitse-spikeri, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Zviad Dzidziquri bildirib.

Z. Dzidziquri deyib ki, Gürcüstan Azərbaycanla sıx əməkdaşlıq edir və iki ölkə arasında dostluq əlaqələrinin dərinləşdirilməsi prioritet məsələlərdən biridir: “Azərbaycanlı həmkarlarımızla müzakirələr aparmaq üçün yaxın gələcəkdə görüş keçirməyə hazırıq. Biz ikitərəfli münasibətlərin gələcəkdə də pozitiv dinamika ilə inkişaf edəcəyinə əminik”.

Qeyd edək ki, ötən həftə Azərbaycan parlamentində Gürcüstanın Ermənistana Rusiyaya çıxış üçün əlavə dəhliz verməsinə etiraz ifadə olunub. Milli Məclisin spikeri Oqtay Əsədov Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupuna məsələni araşdırmaqla bağlı tapşırıq veriləcəyini bildirib.

Saytda Axtarış

Son xəbərlər