Dalga Televiziyasi Gürcüstanda Konstitusiyaya dəyişikliklər qəbul edildi
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün438
DünənDünən4363
Bu həftəBu həftə13530
Bu ayBu ay68430
Bu günə qədərBu günə qədər10340032

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanda Konstitusiyaya dəyişikliklər qəbul edildi

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Gürcüstan parlamenti prezident Giorgi Marqvelaşvilinin vetosunu aradan qaldıraraq, Konstitusiyaya düzəlişlər barədə qanunu qəbul edib. 

Dalga tv APA-nın yerli bürosuna istinadən məlumatına görə, qanun layihəsinin lehinə 117, əleyhinə isə 7 deputat səs verib.

Yeni dəyişikliklərə əsasən, Gürcüstanda parlament seçkiləri və prezidentin seçilməsi proseduru dəyişir. Deputatlar proporsional seçki sistemi ilə, prezident isə birbaşa deyil, 300 üzvü olacaq xüsusi seçki kollegiyası tərəfindən seçiləcək.

Yenilənmiş Konstitusiya 2018-ci ilin prezident seçkilərindən sonra qüvvəyə minəcək. Lakin proporsional sistem növbəti seçkilərdə yox, ondan sonrakı seçkilərdə tətbiq ediləcək.

Saytda Axtarış

Son xəbərlər