Dalga Televiziyasi Marqvelaşvili: Heç vaxt Konstitusiya ilə alver etməyəcəyəm
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün182
DünənDünən3048
Bu həftəBu həftə6283
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8462882

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Marqvelaşvili: Heç vaxt Konstitusiya ilə alver etməyəcəyəm

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Gürcüstan prezidenti ölkə Konstitusiyası ilə alver etmək niyyətində deyil. Georgi Marqvelaşvili bu barədə Axaltsixedə tələbələrlə görüşdə bəyan edib.

Dalga tv Xeber.ge-yə  istinadla xəbər verir ki, dövlət başçısı qeyd edib ki, seçicinin arxasında iş görmək onun maraqları daxilində deyil. Prezidentin sözlərinə görə, hakim partiyanın hansı kompromisdən danışması ona aydın deyil.

“Prezidentin 2023-cü ildən deyil, 2018-ci ildən birbaşa seçki yolu ilə seçilməyəcəyi barədə müəyyən notalar səslənib.  Hansısa siyasi kompromislərdən danışırlar, guya kimsə Konstitusiya komissiyası və onun rəhbərləri ilə hər hansı bir dialoq aparır. Şəxsən mən heç vaxt sözləşməyə razılaşmaram və heç vaxt Konstitusiya ilə alver etməyəcəyəm. Əsas sənədlə alver etməyəcəyəm. Bu sənəd, fikrimcə, ayrı-ayrı siyasətçilərin ambisiyalarını toplamamalı, əksinə hamını birləşdirməlidir”, -  Georgi Marqvelaşvili deyib.

Saytda Axtarış

Son xəbərlər