Dalga Televiziyasi Marneulidəki mədəniyyət evinə Nərimanovun adının verilməsi ilə bağlı imza toplanacaq
Get Adobe Flash player

Socar Georgia Gas

 

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün63
DünənDünən1599
Bu həftəBu həftə1662
Bu ayBu ay28745
Bu günə qədərBu günə qədər2784687

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Marneulidəki mədəniyyət evinə Nərimanovun adının verilməsi ilə bağlı imza toplanacaq

Gürcüstanın Marneuli bələdiyyəsinin mərkəzində yerləşən Mədəniyyət Evinə Azərbaycanın tanınmış dövlət xadimi və yazıçısı Nəriman Nərimanovun adının verilməsi ilə bağlı imzatoplama kampaniyası keçiriləcək.

APA-nın yerli bürosunun məlumatına görə, bununla bağlı Marneuli Mülki Məşğulluq Mərkəzində yerli ictimaiyyət nümayəndələrinin iştirakı ilə görüş təşkil olunub.

Görüşdə N. Nərimanovun Marneulidə xidmətlərinin böyük olduğu və onun adınının rayonda yaşadılmasının önəmi vurğulanıb. İctimaiyyət nümayəndələri Marneuli rayon rəhbərliyinin onların müvafiq müraciətinə müsbət cavab verəcəyinə  ümidvar olduqlarını bildiriblər.

Qeyd edək ki, Marneulidə Nəriman Nərimanov adına Mədəniyyət Evi kimi tanınan mərkəzdə 2007-ci ildən Marneuli bələdiyyəsinin Mədəniyyət klubu, kitabxana və muzey birliyi fəaliyyət göstərir. Təşkilatın qeydiyyatı zamanı mədəniyyət evinin N. Nərimanovun adını daşıması ilə bağlı heç bir sənədə rast gəlinməyib. Lakin mədəniyyət mərkəzinin binasında "Nəriman Nərimanov adına Mədəniyyət Sarayı" adının yazıldığı köhnə lövhə bu günə qədər qalmaqdadır.

Saytda Axtarış

Son xəbərlər