Dalga Televiziyasi Bakıda gürcüstanlı rəssamın sərgisi açılıb
Get Adobe Flash player

Socar Georgia Gas

 

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4080
DünənDünən4506
Bu həftəBu həftə29998
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər2516539

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Bakıda gürcüstanlı rəssamın sərgisi açılıb

Bakıda Ağ Şəhər Qalereyasında istedadlı rəssam Rizvan İsmayılın fərdi sərgisi açılıb.

APA-nın məlumatına görə, bu, rəssamın paytaxtda keçirilən ikinci sərgisidir. İlk sərgi ötən ilin martında Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonunda baş tutub.

Sərginin açılışında çıxış edənlərdən UNESCO yanında Beynəlxalq Rəssamlar Federasiyasının və Dünya Rəssamlıq Akademiyasının üzvü Sakit Məmmədov, Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli və başqaları Rizvan İsmayılın özünəməxsus yaradıcılığı haqqında söz açıb. Qeyd olunub ki, R.İsmayılın İstanbul və Tbilisidə, Parisdə, Moskvada fərdi sərgiləri keçirilib. Natiqlər rəssama yeni yaradıcılıq uğurları arzulayıblar.

Qeyd edək ki, "Rəqəmlərin sirli dünyası" adlı fərdi sərgi martın 1-dən 6-dək davam edəcək. Bu müddətdə tamaşaçılar rəssamın "Nimeroloqizm (Əbcədizm)" üslubunun əsasında çəkdiyi əsərlərlərlə də tanış olacaqlar.

R.İsmayıl yağlı boya və qrafiklə çəkilən 250-dən çox rəsm əsərinin müəllifidir. Rəssamın 2015-ci ildə Tiflisdə “Rəssam-rənglərlə şeir yazan bəstəkardır” adlı kataloqu, Bakıdakı Parlaq İmzalar Nəşriyyatında onun “Rizvan İsmayıl” adlı daha bir kataloqu nəşr olunub.

Xaıtrladaq ki, əslən Gürcüstanın Bolnisi rayonundan olan Rizvan İsmayıl 1986-1990-cı illərdə Bakıdakı Ə. Əzimzadə adına Rəssamlıq Məktəbini tərtibatçı rəssam ixtisası ilə bitirib. O, 315 nəfər rəssamın üzv olduğu Gürcüstan Rəssamlar Federasiyasının ilk azərbaycanlı üzvüdür.

Saytda Axtarış

Son xəbərlər