Dalga Televiziyasi Tbilisidəki Azərbaycan teatrı Türkiyədə beynəlxalq festivala qatılacaq
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1449
DünənDünən1348
Bu həftəBu həftə5144
Bu ayBu ay53840
Bu günə qədərBu günə qədər7481174

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Tbilisidəki Azərbaycan teatrı Türkiyədə beynəlxalq festivala qatılacaq

Heydər Əliyev adına Tbilisi Azərbaycan Dövlət Dram Teatrı Türkiyənin Adana şəhərində keçirilən beynəlxalq teatr festivalına qatılacaq. 

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, teatr festivalda gürcü yazıçı Davit Kldiaşvilinin “Darispanın əziyyəti” əsəri əsasında hazırlanmış tamaşanı təqdim edəcək.  
Azərbaycan teatrının beynəlxalq festivalda iştirakına Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi dəstək verib. Teatrın festivalda təqdim edəcəyi tamaşada teatrın aktyorları ilə yanaşı, baş rolda türkiyəli aktyor Necati Zengin də oynayacaq.

Tamaşanın quruluşçu rejissoru teatrın bədii rəhbəri Varlam Nikoladzedir. 

Saytda Axtarış

Son xəbərlər