Dalga Televiziyasi "İpək Yolu” Beynəlxalq Musiqi Festivalının proqramı açıqlanıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1188
DünənDünən2692
Bu həftəBu həftə3880
Bu ayBu ay41618
Bu günə qədərBu günə qədər7468952

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


"İpək Yolu” Beynəlxalq Musiqi Festivalının proqramı açıqlanıb

Azərbaycan Bəstəkarlar İttifaqında "İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalına həsr olunan mətbuat konfransı keçirilib.

APA-nın məlumatına görə, ittifaqın sədri, xalq artisti Firəngiz Əlizadə bildirib ki, festival iyunun 27-dən iyulun 1-dək baş tutacaq: “Ölkəmizdə elan edilən “İslam Həmrəyliyi İli”nə uyğun olaraq builki festivalda İslam ölkələrinə daha çox yer ayrılıb. Festivalın musiqi, dostluq və həmrəylik bayramına çevriləcəyinə inanırıq. Bu festival ənənəvi olaraq keçirilir. Festivalın özəlliyi ondan ibarətdir ki, festival çərçivəsində konsertlər memarlıq abidələrinin önündə təşkil edilir. Şəki əsrlər boyu ipəyin vətəni olub və bu gün də orada ipək istehsal olunur. Şəkinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmək üçün təqdim olunan 84 tarixi abidəsi var”.

Proqram barədə məlumat verən Firəngiz Əlizadə deyib ki, festivalda Türkiyədən İzmir Dövlət Türk Dünyası Rəqs və Musiqi Topluluğu, İrandan “Təbriz” rəqs qrupu, Yaponiyadan “Va-Liga” musiqi qrupu, Macarıstandan “Guessous Mesi Trio” qrupu, Gürcüstandan “Tolige” uşaq xoreoqrafik ansamblı və Polşadan müğənni Ania Broda konsert proqramı ilə çıxış edəcək. Konsertlər Marxal Yay Teatrında, Şəki Xan Sarayında və Yuxarı Karvansarayda təşkil ediləcək.

Festivalın açılış mərasimi iyunun 27-də Marxal Yay Teatrında olacaq.

Bakı Musiqi Akademiyasının prorektoru Gülnaz Abdullazadə ənənəvi olaraq keçirilən bu festivalda ən yaxşı kollektivlərin çıxış etdiyini söyləyib.

Mətbuat konfransında iştirak edən Aygün Səmədzadə festivalın açılış mərasimdə müəllif gecəsinin keçirilməsinin onun üçün böyük şərəf olduğunu vurğulayıb.

Cövdət Hacıyevin oğlu, bəstəkar İsmayıl Hacıyev atasının 100 illiyinə həsr edilmiş musiqi festivalının keçirildiyini vurğulayaraq bildirib ki, belə tədbirlərlə onun yubileyinin qeyd edilməsinə görə məmnundur. 

Saytda Axtarış

Son xəbərlər