Dalga Televiziyasi Tbilisidə M.F.Axundzadənin anadan olmasının 205 illiyinə həsr edilən poeziya gecəsi keçirilib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün351
DünənDünən1073
Bu həftəBu həftə1839
Bu ayBu ay50535
Bu günə qədərBu günə qədər7477869

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Tbilisidə M.F.Axundzadənin anadan olmasının 205 illiyinə həsr edilən poeziya gecəsi keçirilib

İyunun 21-də Tbilisidə M.F.Axundzadənin anadan olmasının 205 illiyinə həsr edilən poeziya gecəsi keçirilib.

Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin və “Şəxsi İnkişaf Universiteti” QHT-nin birgə təşkil etdiyi tədbirdə Gürcüstanın müxtəlif universitetlərində təhsil alan azərbaycanlı tələbələr, elm, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirin keçirildiyi salonda Azərbaycanın mədəniyyət və incəsənət nümunələri, musiqi alətləri, qədim xalça, kilim və digər əl işləri nümayiş etdirilib.

Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin rəhbəri Rafiq Hümbət, muzeyin direktoru, Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Leyla Əliyeva, “Qarapapaqlar” jurnalının redaktoru Akif Xansultanlı çıxış edərək M.F.Axundzadənin və digər ədiblərimizin Azərbaycan mədəniyyətinin, incəsənətinin dramaturgiyasının inkişafındakı xidmətlərindən danışıb, xalqımızın mədəni irsinin təbliğində, tələbələrin mədəniyyətə, ədəbiyyata marağının artmasında bu cür tədbirlərin əhəmiyyətini qeyd ediblər.

Sonra tələbələr ədəbiyyat sahəsində biliklərini sınayıb, şeirlər, M.F.Axundzadənin əsərlərindən ibarət parçalar ifa ediblər.

“Şəxsi İnkişaf Universiteti” QHT-nin təsisçilərindən biri, tələbə Rəşan Ziyadəliyev jurnalistlərə müsahibəsində deyib ki, tədbirin təşkilində məqsəd M.F.Axundzadəni tələbələrə daha yaxından tanıtmaq, Azərbaycan mədəniyyətini təbliğ etmək, eyni zamanda, gənclərin ədəbiyyata, şeirə, poeziyaya marağını artırmaqdır.

M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin elmi işçisi Leyla Məmmədzadə isə bildirib ki, tələbələrin elmə, poeziyaya, ədəbiyyata marağının artırılması, mədəniyyətimizin təbliği, ədiblərimizin gənc nəslə daha yaxşı tanıdılması, istedadlı gənclərin tapılıb irəli çəkilməsi məqsədilə yeni layihələr hazırlanıb. Bu layihələr, bu cür tədbirlər davamlı olacaq və gələcəkdə tələbələrin iştirakı ilə yeni tədbirlər təşkil ediləcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Saytda Axtarış

Son xəbərlər