Dalga Televiziyasi Gürcüstan və Türkiyə tarixi abidələrin bərpası məsələsiylə bağlı razılığa gəliblər
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1793
DünənDünən634
Bu həftəBu həftə8229
Bu ayBu ay52928
Bu günə qədərBu günə qədər7423402

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstan və Türkiyə tarixi abidələrin bərpası məsələsiylə bağlı razılığa gəliblər

Mayın 23-də Gürcüstanla Türkiyə arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında müqavilə imzalanıb.

İki ölkənin mədəniyyət nazirləri tərəfindən imzalanan müqaviləyə əsasən, 2017-2021-ci illərdə dövlətlər ədəbiyyat, teatr, kino sahəsində, həm də mədəni irs məsələləri üzrə əməkdaşlıq edəcəklər.

Ən vacib müqavilələrdən biri mədəniyyət abidələriylə bağlıdır. Sənədə əsasən, tərəflər birgə işçi qrupu yaratmalı, o da birgə fəaliyyət planı işləyib hazırlamalı və təsdiq etməlidir. Abidələrin vəziyyətinin tədqiqi sona çatdırılandan sonra onların reabilitasiyası prosesi başlayacaq. Gürcüstan ərazisində Osmanlı irsinin, Türkiyədə isə Gürcüstanın mədəni irs abidələrinin bərpası haqqında razılaşma əldə edilib.

Gürcüstanın Mədəniyyət Nazirliyinin məlumatına görə, iki ölkə arasında əməkdaşlıq bir neçə mərhələdən ibarətdir:

Birinci mərhələ hər iki ölkə ərazisində güclü və ya tam məhvinin qarşısını almaq üçün təxirəsalınmaz rəabilitasiyaya ehtiyacı olan mədəni irs abidələrinin seçimini nəzərdə tutur; bu və ya digər abidənin vəziyyətinin qiymətləndirilməsi ICOMOS Beynəlxalq Şurasının metodoloji prinsipləri və qüvvədə olan beynəlxalq standartlar əsasında həyata keçiriləcək.

İkinci mərhələ hər iki ölkə ərazisində mədəni irs abidələrinin konservləşdirilmiş vəziyyətinin yaxşılaşdırılması üçün reabilitasiya işlərinin həyata keçirilməsini tələb edən abidələrin seçilməsini nəzərdə tutur. Bu mərhələ həm də o mədəni irs obyektlərində işlərin həyata keçirilməsini nəzərdə tutur ki, burada artıq reabilitasiya işləri həyata keçirilib, amma keyfiyyəti partnyor tərəfindən müəyyən iradlar doğurur, o, nəyisə dəyişmək və ya düzəltməyə ehtiyac olduğunu hesab edir.

Üçüncü mərhələyə əsasən, hər iki tərəfin səlahiyyətləri çərçivəsində mədəni irs obyektlərinin uçotu həyata keçiriləcək.

İki ölkə nümayəndələri həm də öz dövlətlərinin qanunvericiliklərinə uyğun olaraq, tərəfdaş ölkənin nümayəndələrinə bağlı arxiv məlumatlarının, sənədlərin axtarışı və surətlərin ötürülməsində kömək göstərməklə bağlı razılığa gəliblər. Söhbət fotoşəkil, qravüra və xəritələrdən gedir.

Türkiyə ərazisində tarixi Tao-Klarcetidə çox sayda gürcü memarlığı nümunələri var, o cümlədən Xaxuli, Oşçki, Parxali, Bana, Otxta, Şatberdi, Tbeti.

Ötən illərdə danışıqlardan sonra Gürcüstan və Türkiyə dövlətləri onlardan ikisinin – Oşki və İşxaninin bərpası ilə bağlı razılığa gəliblər. Bundan sora gürcü ictimaiyyəti Gürcüstan hakimiyyətindən Türkiyə tərəfindən digər mədəniyyət abidələrinin bərpası ilə bağlı razılıq almağı tələb edib. Məqsədə çatmaq üçün “Facebook” sosial şəbəkəsində “Tao-Klarceti”dəki gürcü abidələrini xilas edək” adlı qrup da yaradılıb.

Saytda Axtarış

Son xəbərlər