Dalga Televiziyasi Borçalı tarixi
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1077
DünənDünən634
Bu həftəBu həftə7513
Bu ayBu ay52212
Bu günə qədərBu günə qədər7422686

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Borçalı tarixi

Borçalı mahalı dünyanın ən qədim insan məskənlərindən biridir. Qədim dövr mənbələri burada eradan əvvəl I minillikdə xəzərlərin əcdadları olan müşklərin yaşadıqlarını, eyni zamanda bu dövrdə iskit-kimmer tayfalarının burada məskunlaşdıqlarını qeyd edirlər.

Mənbələrdə “Kür çayı boyunca yaşayan döyüşkən buntürk tayfalarının Makedoniyalı İskəndərə qarşı apardıqları mübarizə”dən bəhs edilir. Erkən orta əsr pəhləvi mənbələri Bоrçalını «Qоrdman» (Qurd adamların yurdu), gürcü mənbələri «Qurdis хеvi» (Qurd çalası), ərəb mənbələri Berşaliya və ya Börüçölü, Avropa səyyahları isə Turque Georgia, yəni Türk Gürcüstanı adlandırmışlar. Alban tarixçisi Musa Kalankatlı II – IV əsrlərdə barsillərin Cənubi Qafqazda möhkəmlənmələri haqqında məlumat vermişdir. Bu isə Borçalı termininin həm toponim, həm də etnonim mənasında işlənildiyini göstərir.

Bоrçalı mahalının ərazisi indiki Gürcüstan Rеspublikasının cənub - şərq (Dmanisi (Başkеçid), Bоlnisi (Bоlus), Marnеuli (Sarvan, Candar, Qızılhacılı), Qardabani (Qaratəpə), Zalqanın (Barmaqsız) bir hissəsi, Rustavi (Bоstanşəhər), indiki Еrmənistan Rеspublikasının şimalını (Nоyambеryan (Baranlı), Spitak (Hamamlı), Amasiya (Ağbaba), Stеpanavan (Calalоğlu), Kalininо (Daşır)) əhatə еtmişdir. Lakin istər çar Rusiyasının, istərsə də Sovet hakimiyyətinin dövründə Bоrçalının yaşı 1000 illərdən bəri türk dilində оlan yеr adları süni şəkildə dəyişdirilmiş, qоndarma adlarla əvəz еdilmişdir. Əvvəllər bu prоsеs iri rayоn mərkəzlərini, daha sоnra isə kəndləri əhatə еtmişdir.

Bоrçalı ərazisindən tapılan ilk müasir tipli insan mis – daş (eneolit) dövrünə aid еdilir. Bu dövrə aid Samtavro adlanan qəbristanlıqdan tapılan kəllələr antropoloji cəhətdən Azərbaycan türklərinin aid olunduqları Oğuz (Kaspi) irqi tipinə aid olunurlar. Oğuz (Kaspi) tipinə aid edilən insan qalıqlarına həm də Cənubi Bоrçalı (indiki Ermənistan Respublikasının şimalı) ərazisindəki Şenqavit və Bеrkabеr düşərgələrində rast gəlinmişdir.

Eramızın ilk illərində buntürklərin və kimmerlərin törəmələri olan kəmərlərin Makedoniyalı İskəndər tərəfindən buraya köçürülmüş iverlərlə apardıqları mübarizə ilə yanaşı, mənbələr II əsrdən başlayaraq Borçalıya əvvəlcə bulqarların, daha sonra isə hunların, savirlərin və onoğurların Borçalı ərazisində möhkəmlənmələri haqqında məlumat verirlər. 628-ci ildə Borçalı Göytürk xaqanlığının tərkibinə qatılmış,daha sonra isə Xəzər xaqanlığının nəzarətində olmuşdur.

Türk tayfalarının Borçalı ərazisində məskunlaşması Cənubi Qafqazın Ərəb xilafətinin tərkibində olduğu illərdə də davam edirdi. Xilafətin süqutu nəticəsində digər Azərbaycan ərazilərində olduğu kimi Borçalıda da qədim dövlətçilik ənənələri dirçəldildi – Tiflis və Dumanis əmirlikləri yaradıldı. Bu əmirliklər adətən Sacilər,daha sonra isə Salarilər sülalələri tərəfindən idarə edilən Azərbaycana bağlı idilər.

Səlcuqluların Cənubi Qafqaza gəlişi ilə Cənubi Qafqazda , o cümlədən Borçalıda da İslam - Türk amilinin qəti şəkildə qələbəsinə gətirib çıxartdı. 1118-ci ildə Səlcuqlulara qarşı mübarizə aparmaq məqsədilə Abxaz - Kartvel hökmdarı David Baqrationi (Aqmaşanebeli ) 40 min qıpçaq türkünü Borçalı və ona bitişik bölgələrə yerləşdirdi . 1121-ci ildə bu qıpçaqların köməyilə Didqori döyüşündə Səlcuqlu hərbi dəstəsi üzərində qələbə qazanan IV David Tiflis müsəlman əmirliyini ləğv etdi və Dmanisi əmirliyinin ərazisini işğal etdi. Bununla belə yerli əhalinin dini və etnik tərkibini nəzərə alan Baqratilər sülaləsindən olan gürcü hakimləri kəsdirdikləri pullarda Məhəmməd peyğəmbərin adını zərb etdirir, onların rəğbətini qazanmaq məqsədilə Cümə namazlarına gələrək xütbələrə qulaq asırdılar. Tiflisdə isə ümumiyyətlə donuz saxlamaq qadağan edilmişdi. IV David tərəfindən Tiflisə köçürülmüş xristian əhalisinin bir qismi 1226-cı ildə Xarəzmşah Cəlaləddin tərəfindən qovuldu, qalanları isə İslamı qəbul etdi.

XIII əsrin 20-ci illərindən başlayan monqol hücumları 60 - cı illərdə bütün Cənubi Qafqazın , o cümlədən Borçalının da Elxanilər dövlətinin tərkibinə qatılması ilə nəticələndi. Başqa monqol ulusu olan Qızıl Orda ilə Cənubi Qafqaz uğrunda mübarizə aparan Elxanilər, Qızıl Ordada hakimiyyətdə olan Bərkə xanın yanından qaçıb gələn monqol feodallarını Dumanisdə yerləşdirdilər.

XIV əsrin sonlarında Cənubi Qafqaza gələn Əmir Teymur 1386 - cı ildə Borçalıdakı Yağlıca düzənliyində ordugah quraraq Borçalıda yaşayan qıpçaq ellərini özünə tabe etdi.

XV əsrin 20-ci illərindən Azərbaycan Qaraqoyunlu dövlətinin tərkibinə qatılan Borçalı, bu dövləti əvəz edən Ağqoyunluların xüsusi diqqət yetirdikləri bir bölgə idi. Ağqoyunlu Həsən Padşah və onun oğlu Sultan Yaqubun dövründə Borçalı ərazisində yerləşən, mühüm strateji məntəqə olan Ağcaqala daha da möhkəmləndirildi.

XVI əsrin I rübündən başlayaraq Osmanlı - Səfəvi müharibələrinin gedişində dəfələrlə əldən - ələ keçən Borçalı əsasən Səfəvilərin nüfuz dairəsində qalmış və Qarabağ bəylərbəyiliyinin tərkibində olmuşdur.

XIX əsrin əvvəllərindən Rusiya ağalığının bərqərar olması Borçalı , ümumiyyətlə Cənubi Qafqazın müsəlman əhalisi üçün əsl faciə oldu. Bölgənin zorla Osmanlı imperiyası və Qacar İranı ərazilərinə sürgün edilən müsəlman əhalisinin (Qarapapaqlar, Ulaşlı və s.) yerinə ermənilər, aysorlar və yunanlar yerləşdirildi ki, bu da Borçalının etnik tərkibini qismə də olsa dəyişdirdi.

Rusiyada Romanovlar sülaləsinin devrilməsindən sonra Qafqazda milli - azadlıq mübarizəsi daha da gücləndi. 1918 - ci ilin mayında Cənubi Qafqazda müstəqil dövlətlər quruldu. Borçalı ziyalıları Osmanlının himayəsi altında «Qarapapaq» dövləti qurmaq cəhdləri uğursuzluqla nəticələndi. Borçalı ilə bağlı Azərbaycan Gürcüstan danışıqlarının getdiyi bir dövrdə erməni siyasətbazları Borçalını qanlı müharibə meydanına çevirdilər. 17 dekabr 1918-ci ildə Borçalı uğrunda başlayan erməni - gürcü müharibəsi mahalın iki yerə bölünməsi ilə nəticələndi. Bu bölgü Cənubi Qafqazda Sovet rejimi bərqərar olduqdan sonra rəsmiləşdirildi. Borçalının cənub hissəsi Ermənistan Respublikasına «hədiyyə edildi».

Hazırda Ermənistana verilmiş Borçalı torpaqlarında bir nəfər də olsun yerli Azərbaycan türkü qalmamışdır. Keçən əsrin 80-90-cı illərində Gürcüstanın tərkibindəki Borçalı torpaqlarına Svanetiya köçkünlərinin yerləşdirilməsi, Qamsaxurdiya rejiminin qatı millətçilik siyasəti Borçalının axtoxton türk əhalisinin xeyli hissəsinin Azərbaycan Respublikasına və Rusiyaya köçmələrinə səbəb olmuşdur.

 

 

                                                                                    https://youtu.be/iGJI1tk6Ldw

 

Saytda Axtarış

Son xəbərlər