Dalga Televiziyasi Qafqaz Tarixi Mərkəzinin tədqiqatları əsasında hazırlanmış nadir tarixi kitab çapdan çıxıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün558
DünənDünən957
Bu həftəBu həftə9759
Bu ayBu ay47497
Bu günə qədərBu günə qədər7474831

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Qafqaz Tarixi Mərkəzinin tədqiqatları əsasında hazırlanmış nadir tarixi kitab çapdan çıxıb

“AZER-GLOBE” İnstitutu yanında Qafqaz Tarixi Mərkəzi Gürcüstanda rus məxfi agenti və nümayəndəsi, polkovnik Stepan Daniloviç Burnaşevin (1743-1824) XVIII əsrə aid nadir əsərini tədqiq edib və çapa hazırlayıb. S.Burnaşevin üç əsərinin reprint nəşrini “XVIII əsr Qafqazı rus məxfi agentinin gözü ilə” adı altında “Teas Press” nəşriyyat evi hazırlayıb. Kitab Türkiyədə nəşr edilib və artıq Azərbaycanda satışa çıxarılıb.

“AZER-GLOBE” İnstitutu yanında Qafqaz Tarixi Mərkəzindən Dalga tv -yə bildirilib ki, nəşrə giriş sözünü Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri, politoloq Fuad Axundov və Qafqaz Tarixi Mərkəzinin direktoru, tarixçi Rizvan Hüseynov yazıblar.

Qafqaz Tarixi Mərkəzi S.Burnaşevin Azərbaycana həsr edilən və itmiş hesab olunan nadir əsərini aşkar edə bilib. Avrasiya xəritəsində mühüm strateji və geosiyasi rol oynayan Qafqaz bütün tarixi dövrlərdə müxtəlif imperiya və dövlətləri özünə cəlb edib. XVIII əsrdə Rusiya imperiyasının Qafqazda fəallaşması ilə əlaqədar olaraq bu regionu təsvir edən bir sıra əsərlər yaranıb. Bu baxımdan gürcü çarı II İraklinin sarayında Rusiyanın nümayəndəsi, habelə məxfi agenti S.Burnaşevin əsərləri maraqlıdır. Onun vəzifələrinə Gürcüstan və Azərbaycan, onların siyasi əhəmiyyəti, hökmdarları və onların nüfuzları haqqında raportlar yazmaq daxil idi. Polkovnik S.Burnaşev geniş agentura şəbəkəsi qurub və nəticədə Qafqaz haqqında mühüm materiallar toplayıb.

Qeyd edək ki, S.Burnaşevin əsərləri və raportlarından aydın olur ki, o zaman Qafqazda heç bir Ermənistan yox idi, azsaylı və seyrək yaşayan erməni əhalisi ala-bəzək etnik palitraya malik idi. Rus məxfi agenti Azərbaycanın bəzi xanlıqlarının nüfuzunu və onların müstəqilliyini xüsusi vurğulamaqla Azərbaycan və Gürcüstanı təsvir edir.

Bu reprint nəşrə S.Burnaşevin Qafqaza aid üç əsəri daxil edilib: “İranda Azərbaycan əyalətlərinin və onların siyasi vəziyyətinin təsviri” (“Opisaniye oblastey Aderbijanskiz v Persii i ix politiçeskoqo sostoyaniya”, 1793), “Gürcüstanın mənzərəsi və ya Kartalin və Kaxetiya çarlıqlarının siyasi vəziyyətinin təsviri” (“Kartina Qruzii ili opisaniye politiçeskoqo sostoyaniya tsarstv Kartalinskoqo i Kaxetinskoqo”, 1793) və “Dağ xalqlarının təsviri” (“Opisaniye qorskix narodov”, 1794).

Qafqaz Tarixi Mərkəzi bir neçə ildir ki, Azərbaycan tarixi üzrə mənbə və arxiv materialların tədqiq edir. Bu müddətdə Azərbaycanın tarixi torpaqlarında, eləcə də Cənubi Qafqazda dövlətçilik tarixi haqqında daha aydın və həcmli təsəvvür yaratmağa imkan verən, indiyədək az məlum olan və hətta geniş ictimaiyyətə, ümumiyyətlə, məlum olmayan xeyli sayda arxiv materialları tapılıb. Azərbaycanın tarixi torpaqları haqqında Qafqaz Tarixi Mərkəzi tərəfindən 300 vahiddən çox müxtəlif arxiv materialı və mənbə toplanıb. Bu, antik dövrdən XIX əsrədək qədim Suriya, İran, gürcü, erməni, ərəb-müsəlman, Osmanlı, rus, Avropa, Amerika mənbələri, arxiv materialları və xəritələrdir.

Bu materiallar əsasında Cənubi Qafqazda guya Azərbaycan ərazilərinin olmamasına və Azərbaycan anlayışının burada yalnız 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaranandan sonra meydana gəlməsinə dair erməni təbliğatının və bəzi xarici dairələrin uydurmalarına tutarlı cavab vermək olar. Bu yolla bəzi xarici dairələr Azərbaycan xalqını Cənubi Qafqazda öz tarixi torpağına mədəni, mənəvi və memarlıq irsinə olan hüquqlarından “məhrum” etmək istəyir. Şübhəsiz, saxtalaşdırmağa və yalana ən yaxşı cavab orta əsrlər mənbələri, arxiv sənədləri və müxtəlif dövlətlərin yazışmalarıdır. Əsərdə bu tarixi mənbələr əsasında əsrlər boyu hansı ərazilərin Azərbaycan adlandırılmasına dair məlumat verilib.

Rusiya mənbələrində çar Rusiyasının Qafqaza gəlişi dövrünə xüsusi diqqət ayrılıb. Rusiya arxivlərinin çoxsaylı materiallarına əsasən demək olar ki, imperiya Qafqazda Azərbaycanın geniş ərazilərini dəqiq göstərib. İmperatorlar I Pyotr, II Pyotr və I Pavelin fərmanlarında, Osmanlı, İran və Rusiya dövlətləri arasında imzalanmış müqavilələrdə Azərbaycan torpaqlarının, o cümlədən İrəvan, Qarabağ və başqalarının adları çəkilir. Həmin müqavilələrdə Qarabağ, Şirvan, Gəncə, İrəvan, Naxçıvan “Azərbaycan əyalətləri” sırasında göstərilir. Bu o deməkdir ki, Rusiya imperatorlarının, Osmanlı sultanlarının və İran şahlarının imzaladıqları beynəlxalq hüquqi sənədlər Azərbaycanı öz əraziləri ilə Qafqazda, Ön və Kiçik Asiyada siyasi-inzibati subyekt kimi tanıyıb və göstərib. Qafqazda Azərbaycan torpaqlarını Rusiya imperatorlarından başqa yüksək vəzifəli rus məmurları, hərbçilər, məxfi agentlər və alimlər də təsvir ediblər. Bu mənbələrə görə, 1813-cü ildə Gülüstan müqaviləsi və 1828-ci ildə Türkmənçay müqaviləsi əsasında Rusiyaya birləşdirilmiş torpaqlar Azərbaycan əraziləridir. Habelə əgər Rusiya imperiyası XIX əsrin əvvəlinədək - birləşməyə qədər bu torpaqları Azərbaycan adlandırırdısa, yuxarıda qeyd olunan müqavilələrdən sonra zəbt edilmiş Cənubi Qafqaz torpaqları barədə danışanda “Azərbaycan” sözünü işlətməyi birmənalı olaraq yığışdırıb.

Saytda Axtarış

Son xəbərlər