Dalga Televiziyasi Tiflisdə xalq yazıçısı Elçinin eyni adlı pyesi əsasında çəkilmiş “Qatil” filmi nümayiş olunacaq
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2873
DünənDünən2816
Bu həftəBu həftə20908
Bu ayBu ay94843
Bu günə qədərBu günə qədər8456474

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Tiflisdə xalq yazıçısı Elçinin eyni adlı pyesi əsasında çəkilmiş “Qatil” filmi nümayiş olunacaq

alt

Dekabrın 4-də Tiflisdə keçirilən 17-ci Beynəlxalq Film Festivalı çərçivəsində xalq yazıçısı Elçinin eyni adlı pyesi əsasında çəkilmiş  “Qatil” filminin nümayişi olacaq.  APA-nın Gürcüstan bürosunun məlumatına görə, film Tiflisdəki Şota Rustaveli adına teatrda göstəriləcək. Qeyd edək ki, nümayiş olunacaq film Gürcüstan və Azərbaycan kinematoqrafçılarının birgə istehsal etdikləri filmdir. Filmdə əsas rollarda gürcü aktyorları çəkiliblər. Filmin rejissoru Finlandiyada yaşayan azərbaycanlı rejissor Kamran Şahmərdandır.

Məlumata görə, gürcü aktyorların oynadığı film gürcü dilinə tərcümə olunub. Film Gürcüstanla Azərbaycan arasında müştərək layihə olaraq Gürcüstanda çəkilib.

Filmin baxışına Gürcüstanın dövlət və hökumət nümayəndələri, Azərbaycanın Gürcüstandakı səfirliyi və bu ölkədə yaşayan azərbaycanlılar, həmçinin gürcü ictimaiyyət nümayəndələri, kino xadimləri, eyni zamanda jurnalistlər dəvət olunub. 

Saytda Axtarış

Son xəbərlər