Dalga Televiziyasi Tiflisdə “15 İyul Milli İradənin Yüksəlişi” adlı foto sərgi açılıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün416
DünənDünən1073
Bu həftəBu həftə1904
Bu ayBu ay50600
Bu günə qədərBu günə qədər7477934

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Tiflisdə “15 İyul Milli İradənin Yüksəlişi” adlı foto sərgi açılıb

Bu gün Tiflisdəki “İst Point” ticarət mərkəzində Türkiyənin Gürcüstandakı səfirliyinin, Yunis Əmrə Mədəniyyət Mərkəzinin və Anadolu Agentliyinin (AA) təşəbbüsü və təşkilatçılığı ilə AA-nın fotoqraflarının Türkiyədə iyulun 15-də  hərbi çevriliş cəhdi  zamanı çəkdiyi şəkillərin sərgisi keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, “15 İyul Milli İradənin Yüksəlişi” adlı tədbirdə Türkiyənin Gürcüstandakı səfiri Zeki Levend Gümrükçü, AA-nın Asiya Qafqaz Bölgesi üzre temsilçisi Tolga Özgenç, Yunis Əmrə İnstitutunun rəhbərliyi və əməkdaşları, iş adamları iştirak edib. Sərgidə AA-nın fotoqraflarının 57 əsəri sərgilənib. Tədbirdə Türkiyə səfiri Zeki Ləvənd Gümrükçü foto-şəkillərə baxış keçirib. Sərgiyə baxışda Türkiyə rəsmiləri, iş adamları, gürcü və azərbaycanlı jurnalistlər də iştirak edib.

Türkiyənin Gürcüstandakı səfiri Zeki Levend Gümrükçü jurnalistlərə açıqlamasında Tiflisdə AA-nın sərgisinin Gürcüstan paytaxtında açılmasını yüksək qiymətləndirib və bu sərgiyə Türkiyə Cümhuriyyətinin 28 oktyabrda təşkil olunan milli bayramında Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin və digər rəsmilərin də baxdığını bildirib.

Səfir 15 iyul çevriliş cəhdi günü baş verən mücadilənin qürurunu yaşadıqlarını bildirib: “Biz  çevriliş cəhdini yaşadıq və o gün apardığımız mücadilənin qürurunu yaşayırıq. Bu gün fotoqraflarımızın sərgisində Türkiyə vətəndaşlarımızın da bizi yalnız buraxmamasını yüksək qiymətləndiririk. O gecə xalqımız qəhrəmanlıq göstərdi. Bu gün bizim çevriliş yürüşünə dəstək verənlərlə mücadiləmiz davam edir. Çünki Türkiyə demokratiyasının sağlam bir şəkildə davam etməsi bütün bölgə və dünya üçün böyük bir önəm daşıyır”, - deyə  Türkiyə səfiri bildirib.

Səfir Türkiyədə baş verən hadisələrdə Azərbaycan xalqının və dövlətinin Türkiyə ilə bir olduqlarını və dəstəklədiklərini bildirib: “Azərbaycan bu hadisələrdə bizə ən birinci dəstək olan ölkələrin başında durur. Bu çərçivədə Azərbaycan dövlətinə və onun başında duran Azərbaycan prezidenti İlham Əliyevə, Azərbaycan xalqına təşəkkürümü bildirirəm. Biz həqiqətən iki dövlət bir millətik və bu hadisələri də birgə yaşamışıq. Mən Bakıda açılan sərgidəki fotolarda türk fotoqraflarının yanında çevriliş cəhdini çəkən Azərbaycan fotoqraflarını da gördüm. Türkiyə və Azərbaycan bayraqları bərabər dalğalandı. Bu da bizim nə qədər bütün olduğumuzu açıq şəkildə göstərdi. Mən bu sözləri Gürcüstan barədə də bildirdim. Bizdə belə bir söz var: “Gerçək dost zor gündə bəlli olur”, - deyə səfir vurğulayıb.

Saytda Axtarış

Son xəbərlər