Dalga Televiziyasi Azərbaycanlı alimlər Gürcüstanda keçirilən elmi konfransda çıxış edib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün223
DünənDünən1299
Bu həftəBu həftə8467
Bu ayBu ay46205
Bu günə qədərBu günə qədər7473539

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Azərbaycanlı alimlər Gürcüstanda keçirilən elmi konfransda çıxış edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kimya Elmləri Bölməsinin akademik-katibi, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev və institutun nanoelektrokimya və elektrokataliz laboratoriyasının müdiri, kimya elmləri doktoru Akif Əliyev Gürcüstanının R.Aqladze adına Qeyri-Üzvi Kimya və Elektrokimya İnstitutunun (QÜKEİ) 60 illik yubileyinə həsr olunan “Müasir tədqiqatlar və onların kimya, kimya mühəndisliyi və digər sahələrdə istifadəsinin perspektivləri” mövzusunda keçirilən beynəlxalq elmi konfransda iştirak ediblər.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, konfransda təbrik nitqi ilə çıxış edən akademik Dilqəm Tağıyev rəhbərlik etdiyi qurum ilə QÜKEİ arasındakı elmi əlaqələrdən danışıb.

Ondan çox ölkənin alimlərinin iştirak etdiyi tədbirdə müasir kimyanın aktual problemləri, eləcə də elektrokimya və kataliz sahəsində hazırda aparılan işlərin kimya sənayesinin müxtəlif sahələrində tətbiqi məsələləri müzakirə olunub.

Konfrans çərçivəsində D.Tağıyev Gürcüstanın Milli Elmlər Akademiyasının prezidenti Georgi Kvesitadze və QÜKEİ-nin direktoru Georgi Tatişvili ilə görüşərək, elmi əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıb.

Saytda Axtarış

Son xəbərlər