Dalga Televiziyasi Samsxe-Cavaxetidə Azərbaycan xalçaları nümayiş etdiriləcək
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün717
DünənDünən634
Bu həftəBu həftə7153
Bu ayBu ay51852
Bu günə qədərBu günə qədər7422326

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Samsxe-Cavaxetidə Azərbaycan xalçaları nümayiş etdiriləcək

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Gürcüstanın Samsxe-Cavaxeti bölgəsində yerləşən Axaltsixe şəhərindəki Rabat qalasında təşkil olunan "Rabat" adlı beynəlxalq sərgi festivalında Azərbaycan xalçaları nümayiş olunacaq.

"Dalga TV"nin məlumatına görə, bu barədə Tiflisdə fəaliyyət göstərən M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva məlumat verib.

Onun sözlərinə görə, sərgi iyunun 10-dan 12-dək davam edəcək: “Tədbiri Gürcüstan Mədəniyyət Nazirliyi ilə bizim muzey təşkil edib. Festivala dünyanın bir çox ölkələrindən nümayəndələr və mütəxəssislər gələcək, həmçinin gələn qonaqlar, elm adamları festival çərçivəsində təşkil olunacaq xalçaçılıq simpoziumunda iştirak edəcəklər. Toxuduğumuz qədim xalçalar Axaltsixe qalası olan Rabat qalasında nümayiş olunacaq. Sərgidə Qarabağ xalçaları olan “Vərni” adlanan xalça və Malıbəyli xalçasına xüsusi yer ayrılacaq. Biz sərgiyə həmçinin Borçalı, Ləmbəli, Qazax, Qaraçöp və digər bölgələrdə xalça ustalarının əl işlərini nümayiş etmək üçün Axaltsixeyə aparırıq”.

L. Əliyeva açıqlamasında iyunun 10-da başlayacaq sərgi festivalı çərçivəsində xalçaçılıq simpoziumuna Avropa ölkələrindən, İngiltərədən, Hindistandan, İrandan, Azərbaycandan, Gürcüstandan və Ermənistandan da nümayəndələr qatılacağını bildirib.

Qeyd edək ki, Axaltsixedə yerləşən, IX əsrdə tikilən və sonralar bərpa olunan Rabat qalasının ərazisində Əhmədiyyə məscidi, otel, muzey və informasiya mərkəzi yerləşir.

Saytda Axtarış

Son xəbərlər