Zurabişvili Azərbaycana və Ermənistana səsləndi..
“Gürcüstan Prezidenti olaraq və eyni zamanda bütün Gürcüstan cəmiyyəti adından qonşu və dost ölkələrimiz arasındakı münaqişədə qurban olan şəxslərə görə dərin kədərimi ifadə etmək istəyirəm”.
Bu barədə ölkə prezidenti Salome Zurabişvili bəyanat yayıb.
Xanım Zurabişvili bəyanatında Azərbaycanın və Ermənistanın prezidentlərinə və hökumət rəhbərliyinə müraciət edib:
“Mənim isdəyim odur ki, hazırda hər iki ölkə arasında dialoq ən qısa zamanda bərpa olunsun. Mən onları vəziyyətin deskalasiyası və atəşkəsə çağırmaq istəyirəm. Bu bizim hər üç ölkənin regiona sabitlik, sülh qaytarmaq və dünyaya böyük iqtisadi rol gətirmək üçün əsas ümumi marağımızdır. Bu bizim birgə dəyərimizdir və birlikdə onun qayğısına qalmalıyıq.
Bu münaqişə baxımından xüsusi cavabdehlik daşıyan Minsk Qrupuna və həmsədrlərinə də həmçinin müraciət etmək istəyirəm – bir daha təkrar etmək istərdim ki, Tbilisinin hər hansı danışıqların aparıla biləcəyi bir yer olmasına hazırıq.Tərəflər üçün arzuolunan hər şeyə hazırıq.
Həmçinin, Avropa İttifaqına müraciət etmək istəyirəm – bu bölgədəki hər üç ölkə, Şərq Tərəfdaşlığı ölkələriyik. Əgər bu bir şey deməkdirsə, qonşuluq bir məna daşıyırsa mən stabilliyin böyük çox məna daşıdığına əminəm. Bu bölgədəki sabitlik, sülh Avropa İttifaqının marağındadır. O, öz qüvvələrini sülh və vəziyyəti deeskalasiya etmək üçün istifadə etməlidir.
Bir daha təkrarlamaq istəyirəm ki, bu, hər üç ölkənin və vətəndaşlarımızın ortaq məqsədidir. Hər üç ölkənin vətəndaşları üçün sülh və sabitlikdən daha qiymətli bir şey yoxdur”, – deyə Zurabişvili bildirib.