Türkiyədə avtomobildə partlayış olub, ölənlər və yaralananlar var
“Hatayda avtomobildəki bombanın partlaması nəticəsində 3 suriyalı ölüb”.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Hadisə ilə bağlı araşdırma aparılır. Bunun arxasında nə var, nə yox araşdırılır. Nəticəsinin qısa vaxt ərzində məlum olacağını zənn edirəm. İndi edilən təsbitlərə əsasən, partlayışın terrorla əlaqəsi olduğu ehtimal edilir. Bir neçə saat ərzində uyğun nazirliyimiz hadisənin detallarını açıqlaycaq”, – deyə o vurğulayıb.