Almaniya Xarici İşlər Nazirliyi Gürcüstan XİN-də səfirin çağırılmasına etiraz edib

Almaniya Xarici İşlər Nazirliyi Gürcüstandakı səfirinin Xarici İşlər Nazirliyinə çağırılmasına kəskin etirazını bildirib. Bu barədə qurumun yaydığı rəsmi bəyanatda qeyd olunur.

Bəyanatda vurğulanır ki, Almaniya səfiri federal hökumətin mövqeyini təmsil edir və fəaliyyətini tam şəkildə Vyana Konvensiyasına uyğun şəkildə həyata keçirir:

“Biz ‘Gürcü Arzusu’ nümayəndələrinin Almaniyanın Gürcüstandakı səfirinə qarşı aqressiv ritorikasını, eləcə də onun əsassız şəkildə Xarici İşlər Nazirliyinə çağırılmasını qətiyyətlə pisləyirik. Səfir federal hökumətin mövqeyini ifadə edir və Vyana Konvensiyasına uyğun şəkildə fəaliyyət göstərir,” – deyə bəyanatda qeyd olunub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey