Zurabişvili: “Gürcü Arzusu”nda dağılma prosesi başlayıb

Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili iyunun 29-da Parlament binası qarşısında keçirilən mitinqdə çıxış edərək, hakim “Gürcü Arzusu” partiyasında dağılma və daxili çəkişmələrin başladığını bildirib.

Onun sözlərinə görə, partiya daxilində etimadsızlıq, qarşılıqlı ittihamlar və korrupsiya qalmaqalları artıb, bu isə klassik avtoritar rejimlərin son mərhələsini xatırladır:

“Güc nümayiş etdirməyə çalışırlar, lakin bu, yalnız görüntüdür. Nə cəmiyyətlə, nə də beynəlxalq ictimaiyyətlə əlaqələri qalıb. Tam təcrid olunublar”, – deyə Zurabişvili vurğulayıb.

O, həmçinin müxalifətə və cəmiyyətə səslənərək birliyin vacibliyini qeyd edib:

“Əgər özləri güclənə bilmirlərsə, xalqı zəiflətməyə çalışırlar. Cavab isə birliyimizdədir”, – deyə o əlavə edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey