Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur

15 İyun – Milli Qurtuluş Günüdür

1993-cü ilin iyununda Azərbaycanda yaranmış ağır ictimai-siyasi böhran vətəndaş müharibəsi təhlükəsini gündəmə gətirib. Gəncədəki 709 saylı hərbi hissənin qiyam qaldırması və hökumətə tabe olmaması vəziyyəti daha da gərginləşdirib. Qiyamçılar Bakıya istiqamət alaraq hakimiyyətin dəyişməsini tələb ediblər.

AXC-Müsavat iqtidarı vəziyyəti nəzarətdə saxlaya bilmədiyini anlayaraq Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyevdən kömək istəyib. Heydər Əliyev xalqın çağırışına cavab verərək 9 iyun 1993-cü ildə Bakıya gəlib və vətəndaş qarşıdurmasının qarşısını alıb. 15 iyun 1993-cü ildə o, Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib. Bu tarix ölkənin sabitlik və inkişaf yoluna qədəm qoyduğu gün kimi Azərbaycanın tarixinə düşüb.

Milli Qurtuluş Günü 1998-ci ildən dövlət bayramı kimi qeyd olunur və qeyri-iş günüdür. Bu il 15 iyun bazar gününə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən, 16 iyun qeyri-iş günü olacaq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey