Zelenski: Ukrayna istənilən formatda danışıqlara hazırdır
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev rəhbərliyinin Rusiya ilə İstanbuldakı danışıqlarda istənilən formatda iştirak etməyə hazır olduğunu bəyan edib. Bu barədə dövlət başçısı rəsmi “Telegram” kanalında yayımladığı videomüraciətində məlumat verib.
“Rusiya tərəfdən danışıqlarda kimin iştirak edəcəyini gözləyirik. Bundan sonra Ukraynanın atacağı növbəti addımları müəyyən edəcəyik. Ukrayna istənilən formatda danışıqlara açıqdır və bu görüşlərdən çəkinmirik”, – deyə Prezident Zelenski vurğulayıb.