Gürcüstanda “Yaşıl Pasport” tələbi ləğv olundu
Ölkə ərazisində “COVID-19” pasportları ləğv olunub.
Bu barədə Koordinasiya Şurası bu gün qərar verib.
Qərara əsasən, bu sənəddən yalnız xarici ölkələrə səfərlər zamanı istifadə olunacaq.
İdarələrarası Koordinasiya Şurasının Əməliyyat Qərargahının rəhbəri Giorgi Ğibradzenin sözlərinə görə, “Yaşıl Pasport”un ləğv olunmasına Omikronun sürətlə yayılması səbəb olub:
“Omikronun sürətlə yayılması və virusun zəif cərəyanı, eləcə də dünya praktikasına görə “yaşıl pasport” tələbi ləğv edilir, lakin xaricə səyahət etmək üçün “yaşıl pasport”a ehtiyacı olanlar hələ də bu mexanizmdən istifadə edəcəklər”, – deyə Ğibradze bildirib
Qeyd edək ki, ölkədə “yaşıl pasport”lar ötən ilin dekabrın 1-dən etibarən tətbiq olunub.